Accessibility links

Venesuelada polis məntəqəsinə hücum olub


Venesuela həbsxanasında ölən 68 nəfər məhbusun yas mərasimi zorakılıqla nəticələnib. Belə ki, həbsxanada başqaldıran qiyam və daha sonra polis idarəsindəki yanğın zamanı ölən məhbusların qohumları rəsmilərdən hadisə ilə bağlı cavab tələb edib.

Yanğın qurbanlardan bəzilərinin ailə üzvlərinin çərşənbə günü polis məntəqəsinə hücum etməsindən sonra başlayıb. Polis onlara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Polis ailə üzvləri arasında gərginlik daha da artmasın deyə, hadisə ilə bağlı ətraflı məlumat verməyib.

Venesuela həbsxanalarının çoxunda qanunlara riayət edilmədiyi və onların məhbuslarla hədsiz dolu olduğu deyilir.

Yerli məhbusların hüquqlarının müdafiəçilərinin dediyinə görə, rəsmiləri həbsxanalarda təhlükəsizlik qaydalarının tətbiq edilməməsi qorxudur.

XS
SM
MD
LG