Accessibility links

Venesueladakı iqtisadi böhranın qadınlara təsiri


Venesueladakı iqtisadi böhranın qadınlara təsiri
please wait

No media source currently available

0:00 0:01:46 0:00

Venesuelada iqtisadi böhranın fəsadlarından biri də qadınların səhiyyə xidmətlərindən istifadə edə bilməməsidir. Belə ki, imkansız qadınlar adı gigiyenik bezlərindən belə istifadə edə bilmir.

Yeməkdən tutmuş dərmana, hətta gigiyenik bezlərə qədər, insana lazım olan hər lazımi əşya artan hiper-inflyasiya səbəbindən venesuelalılar üçün əlçatmaz olub. Gigiyenik bezlər yalnız qara bazarda əldə edilə bilər və bir çox qadın onları ala bimir. Buna görə də həmin qadınlar bunun üçün özləri nəsə fikirləşir. Karakas sakini Dezire Rodriqez: “Köhnə parçaları kəsib içərisinə pambıq qoyuruq. Mən plastic torbaları kəsib istifadə edirəm.”

Dezirenin yaşadığı evdə bu üsuldan istifadə edən qadın çoxdur. “Mən plastik torbadan və parçadan istifadə edirəm” - deyə, Rakel Perez bildirir.

Rakel Peres üç uşaq anasıdır. O deyir ki, mağazalarda satılan qiqiyenik bezlərdən iki ildir istifadə edə bilmir. “Çox bahadır və bunu almağa imkanım yoxdur. Biz kifayət qədər pul qazanmırıq. Gigiyenik bez alsaq, uşaq bezlərini almağa pulumuz qalmaz. Mən uşaq bezi almağa üstünlük verirəm. "

İnsan haqları müdafiəçisi Luiza Kislikger deyir ki, bu kimi ehtiyaclar təkcə gigiyena baxımından deyil, qadınların normal həyat sürmələrində də narahatlıqlara səbəb olur. “Bu, bir çox qadının – məktəbə gedən qızların, işləyən qadınların gündəlik fəaliyyətində narahatlıqlara səbəb olur.”

Yalnız səhiyyə malları deyil, Venesuelada ərzaqdan tutmuş benzinə qədər, hər şeyin qiyməti təkcə iyul ayında 33 faiz artıb. Bu hal venesuelalıların əksəriyyəti üçün adı həyat tərzinə çevrilıb.

Şərhlərə bax

XS
SM
MD
LG