Accessibility links

Venesuela qoşunları yardım gözləyən nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib


Venesuelanın müxalifət lideri Xuan Quaydo özü şəxsən şənbə günü Kolumbiyanın Kukuta şəhərindən iki ölkə arasındakı sərhədə yardım karvanı göndərib. O, prezident Nikolas Maduronun etirazlarına baxmayaraq ac əhaliyə ərzaq və dərmanlar gətirəcəyinə söz verib.

Bir çox Qərb ölkələrinin Venesuelanın qanuni lideri olaraq tanıdığı Quaydo çox qısa müddət ABŞ-ın dəstəklədiyi humanitar yardımı Venesuela sərhədinə daşıyan on iki yük maşınından birinə minib.

Sərhədin digər tərəfində Venesuela qoşunları yardımı qəbul etməyə çalışan müxalifət liderlərinə qarşı gözyaşardıcı qazdan istifadə edib. Nümayişçilər barrikadalar qurulmuş küçələrdə avtobus yandırıb və təhlükəsizlik qüvvələrinə daş atıblar. Onlar Madurodan ölkəyə yardımın daxil olmasına icazə verməsini tələb edir.

“Humanitar yardım dinc şəkildə insanların həyatlarını qurtarmaq üçün Venesuelaya doğru yoldadır”- deyə, Quaydo Kukutada mətbuat konfansında bildirib.

Karakasda müxalifət lideri bildirib ki, humanitar yardımla dolu yük maşını da Braziliya sərhədini keçib. Bir şahidin Reutersə verdiyi məlumata görə, yük maşını Venesuela torpağında ikən gömrük nəzarət-buraxılış məntəqələrindən keçməyib.

Braziliyadan Venesuelaya yardım daşıyan yük maşınları
Braziliyadan Venesuelaya yardım daşıyan yük maşınları

Kolumbiya ilə sərhəddə yerləşən San Antonio şəhərində qoşunlar iki ölkəni birləşdirən körpünün digər tərəfində toplaşan aralarında müxalifətçi qanunvericilərin də olduğu bir qrup fəalı qovub.

Yaxınlıqdakı Urena şəhərində qəzəbli etirazçılar küçələrdə yanan təkərlərlə barrikada quran təhlükəsizlik qüvvələri ilə qarşıdurma yaşayıb. Bir qrup isə beynəlxalq təzyiqlərin artmasına baxmayaraq, Maduronu dəstəkləməyə davam edən silahlı qüvvələrə simvolik etiraz olaraq hərbi formanı yandırıb.

Kolumbiyanın miqrasiya rəsmiləri deyib ki, şənbə günü dörd Venesuela əsgəri fərarilik edib.

Sosial mediada yayılan videoda qoşunların iki ölkəni birləşdirən körpü üzərində zirehli maşınlar sürdükləri və metal barikadaları yıxıb, maşınlardan çıxaracaq, Kolumbiya tərəfinə qaçdıqları göstərilir.

“Biz bü gün nə etdiksə, ailəmiz üçün, Venesuela xalqı üçün etdik” - deyə, dörd nəfərdən biri Kolumbiyanın xəbər proqramında yayımlanan videoda bildirib. “Biz terrorçu deyilik”, o əlavə edib.

Kolumbiya televiziyası həmçinin Venesuela ordusunun mayorunun Quaydonu prezident kimi tanıdığını göstərən video yayımlayıb. Lakin mayorun kimliyi açıqlanmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG