Accessibility links

Venesuela ABŞ-ın sanksiyalarına cavab verib


Venesuelanın xarici işlər naziri ABŞ-ın ölkəyə qarşı sanksiyalarını rədd etməklə yanaşı, səkkiz Venesuela rəsmisi ilə birlikdə prezident Maduronun səlahiyyətlərini artıracaq yeni qanun layihəsi hazırlayır.

Xorxe Arriza çərşənbə axşamı dövlət televiziyasından verdiyi açıqlamasında bildirib ki, səlahiyyətli şəxslərin aktivlərinin ABŞ tərəfindən dondurulması Venesuela xalqına qarşı hörmətsizlikdir.

“Venesuela heç kim tərəfindən və heç nəyə görə sanksiya oluna bilməz. Dünyada heç kəsin Simon Bolivarın xalqına və onun vətəndaşlarına qarşı sanskiya həyata keçirtməyə mənəvi haqqı yoxdur. Biz Amerika imperiyasının bu təcavüzünü tamamilə rədd edirik” – deyə Venesuelanın xarici işlər naziri bildirib.

26 iyul tarixinda Tramp administrasiyası tərəfindən tətbiq edilən sanksiyalar başqa prezident Maduro olmaqla, 13 Venesuela rəsmisinə şamil edilir.

XS
SM
MD
LG