Accessibility links

"Rosneft" Venesueladakı fəaliyyətini dayandırır


Rusiyanın dövlət neft konserni "Rosneft" Venesueladakı fəaliyyətini dayandıracağını və o ölkədəki bütün aktivlərini satacağını bəyan edib. Bu barədə şirkətin rəsmi saytında məlumat verilib.

Bildirilib ki, "Rosneft"in aktivlərinin satışından əldə edilən gəlir Rusiya hökumətinin payına düşəcək. Press-relizdə şirkətin adı çəkilməsə də, Venesueladakı Petromonagas, Petroperija, Boqueron, Petromiranda və Petrovictoria kimi şirkətlərlə əməkdaşlığın dayandırılacağı bildirilib.

ABŞ uzun müddətdir ki, Rusiyaya təzyiq göstərərək, Moskvanın Venesuela ilə biznes əlaqələrini kəsməsini və prezident Nikolas Maduroya dəstəiyini dayandırmasını istəyir.

Müşahidəçilər bu qərarın Maduro hökumətinə dəstəyi kəsmədən şirkətin ABŞ sanksiyalarının yeni raundundan müdafiə mahiyyəti daşıdığını ehtimal edir.

Akvitlərin satışı Rosnefti sanksiyalardan qoruya bilər. Belə ki, fəaliyyətlər özəl investorlar qarşısında cavabdehliyə malik olmayan digər bir dövlət təşkilatına təhvil verilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya-Ukrayna gərginliyi fonunda Bayden-Putin görüşü baş tutub
please wait

No media source currently available

0:00 0:12:27 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG