Accessibility links

Venesuela prezidenti seçki nəticələrinin saxtalaşdırıldığına dair iddiaları rədd edir


Venesuela prezidenti və seçki komissiyasının sədri seçki nəticələrinin saxtalaşdırıldığına dair iddiaları rədd edib.

Mərkəzi Seçki Komissiyasının sədri Tibisay Luçena deyib ki, Britaniyanın seçki texnologiyası şərkətinin iddiası məsuliyyətsizlikdir və şirkətə qarşı məhkəmə işi açıla bilər.

“Bu, seçki prosesinə müəyyən xidmətlər və texniki dəstək verən bir şirkətin presedentsiz fikridir” - deyə,

bildirib.

Prezident Nikolas Maduro isə deyib ki, şirkət ABŞ və Britaniyanın təzyiqləri altında belə bir iddia irəli sürüb. O, hökumətin 8 milyon seçicinin mövqeyini dəsdəklədiyini bildirib. Prezident əlavə edib ki, etiraz aksiyalar qarşılarını almasaydı bu göstərici 10 milyon olacaqdı.

Səsverməni boykot edən müxalifət seçki fəallığının 4 milyon olduğunu bildirir. Bir sıra jurnalist də bunu təsdiq edərək, seçki məntəqlərinin çoxunun boş olduğunu bildirib.

Müxalifət uzun müddət bu seçkiyə etiraz edib, bununla bağlı aksiyalarda 100-ə qədər adam ölüb.

Prezident Nikolas Maduronun təşəbbüsü ilə baş tutan seçkilərdə yeni yaradılmış bu assambleyanın üzvləri seçilib, onlarsa öz növbəsində Konstitusiyaya dəyişikliklər hazırlayır.

Müxalifət hesab edir ki, Konstitusiya yalnız xalq referendum yolu ilə dəyişdirilə bilər.

XS
SM
MD
LG