Accessibility links

Venesuelada müxalifət koalisiyası prezident seçkilərindən kənarlaşdırılıb


Venesuela Ali Məhkəməsi müxalifət koalisiyasını qarşıdan gələn prezident seçkilərindən kənarlaşdırıb. Təhlilçilər əmindirlər ki, bu qərar prezident, solçu Nikolas Maduronun qələbəsini təmin edəcək.

Seçkilərdə iştirak etmək istəyən partiyaların və namizədlərin qeydiyyatı bu həftə sonuna planlaşdırılır.

Buna baxmayaraq, Ali Məhkəmə cümə axşamı Milli Seçkilər Şurasına qeydiyyat prosesinin altı ay yubadılmasını bildirib. Məhkəmə qərarın səbəbi haqqında məlumat verməyib.

Venesuelada prezident seçkiləri aprel ayının sonlarına planlaşdırılır. Bu isə müxalifətin hər hansı namizəd ilə çıxış etməsini mümkünsüz edir. Seçkilər daha öncə dekabr ayına planlaşdılmışdı.

Ölkənin milli assambleyası cümə axşamı yekdilliklə seçkilərin tarixini təsdiq edib. İqtidarda olan Sosialist Partiyası Venesuelada iqtisadi çətinliklər fonunda gücünü mərkəzdirməyə çalışır.

Birləşmiş Ştatlar assambleyanın tələsik prezident seçkiləri keçirmək qərarının kəskin tənqid edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG