Accessibility links

Venesuela xəstəxanalarında dözülməz şərait


Venesuela xəstəxanalarında dözülməz şərait
please wait

No media source currently available

0:00 0:02:39 0:00

Venesuelanın onsuz da tənəzzülə uğramış səhiyyə sistemi demək olar ki, hər gün bir qədər də çökür. Karakasın ən böyük xəstəxanaları ölkə boyu elektrikin günlərlə kəsilməsi, təmiz suyun, təchizatın və kifayət qədər işçi qüvvəsinin olmaması ucbatından böyük problemlərlə üzləşir.

Venesuelanın ən qədim və ən tanınmış xəstəxanasında – Karakas Universitet Xəstəxanasında durum kritikdir. Cərrahiyyə otaqları işlək deyil, kirli və ləvazimatsızdır, liftlər işləmir. Xəstəxananın yalnız 15 faizi açıqdır. Xəstələr müalicə üçün dərmanın olmadığını deyir. Gizelle Salas: “Hazırda burada dərman yoxdur. Biz dərmanı özümüz alıb gətirməliyik. Ayaqyolları dəhşətli vəziyyətdə, palatalar qorxunc görkəmdədir.”

Həkimlər deyirlər ki, xəstəxanada diaqnoz qoyulması, onkologiya və əməliyyat otaqları üçün gərəkli olan ləvazimatlar və dərmanlar yoxdur. Xəstəxanadakı su nasosu işləmədiyi üçün yuxarı mərtəbələrə su qalxmır. Həkimlər insanların bu səbəblərdən öldüyünü deyir. Doktor Antonio Riko: “Təcili yardım şöbəsində kifayət qədər antibiotik yoxdur. Mən hələ kimya terapiyası və ya radio-terapiyaya ehtiyacı olan xərçəng xəstələrindən danışmıram. Dərman və ləvazimat çatışmazlığı səbəbindən biz hər gün insanların öldüyünün şahidi oluruq.”

İnsulin tapılmadığı üçün diabet xəstəsi Enkarnasyon Puyolsun ayağı kəsilməli olacaq. “Mən ayağımı itirmək istəmirəm, Qoy aşağı hissəni kəssinlər, bütöv ayağımı yox. Xahiş edirəm, qoymayın ayağımı kəssinlər”.

Belə görünür, Universitet Xəstəxanası fəaliyyətini dayandırmaq üzrədir. İnsanlar dəhlizlərdə gəzir, xəstələri əlil arabalarında o yan bu yana aparırlar, otaqlar və çarpayılar boşdur. Xəstəxananın diyetoloqu Jaklin Diaz xəstələr üçün ərzaqın olmadığını, xəstələrə sağlam yemək əvəzinə, kimin əlinə nə keçirsə onu verdiyini deyir. “Artıq biz neçə aydır xəstələr yalnız qarğıdalı çörəyi ilə mərcimək yeyir. Pəhrizi vacib olan xəstələr isə süd olmadığından, düyünü su ilə qarışdırıb yeyir.”

Venesuelanın səhiyyə naziri Karlos Alvarado Venesuela xəstəxanalarının fəaliyyətini davam etdirməsi üçün xüsusi fövqəladə plan olduğunu deyib.

Bu yaxınlarda Rusiya və “Pan-Amerikan Təşkilatı” Venesuelaya 7 tondan artıq yardım göndərib. Bu arada isə Nikolas Maduro hökumətinin qoyduğu qadağa səbəbindən ABŞ-ın göndərdiyi 180 ton yardım Venesuela sərhədində ilişib qalıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG