Accessibility links

Venesuelada fövqəladə iqtisadi vəziyyət elan edilib


Qanuvericilər Karakasda Milli Assambleyanın iclasında iştrak edir
Qanuvericilər Karakasda Milli Assambleyanın iclasında iştrak edir

Venesuelanın sosialist hökuməti ölkənin əsas etibarilə neft qiymətlərinin düşməsi və dövlət tətbiq etdiyi uğursuz modelə görə dərin tənəzzülə düşdüyünün ilk dəfə göstərildiyi rəqəmlər açıqlandıqdna sonra cümə günü fövqəladə iqtisadi vəziyyət elan edib.

Prezident Nikola Marduro hökumətinin tənqidçiləri tərəfindən 2014-cü ildən etibarən statistik məlumatların gizlədilməsinə görə kəskin tənqid edilən Mərkəzi Bank OPEK üzvü olan ölkənin iqtisadiyyatının keçən ilin doqquz ayı ərzində 4.5 faiz zəiflədiyini bildirib.

Ölkədə inflasiya səviyyəsi 141.5 faiz təşkil edərək, dünyada ən pis göstərici hesab edilir. Venesuelanın neftdən asılı iqtisadiyyatının 2016-cı ildə də acınacaqlı vəziyyətdə olacağı gözlənilir. Maduro dekabr seçkilərində seçicilərin böhranla bağlı qəzəbinə görə Milli Assambleyaya nəzarəti itirib.

İnsanlar Karakasda mağaza qarşısında növbədə
İnsanlar Karakasda mağaza qarşısında növbədə

Hökumət müxalifətin nəzarətində olan parlamentin təsdiq, ya da rədd edə biləcəyini dediyi sərəncamı ilə 60 gün müddətinə fövqəladə iqtisadi vəziyyət elan edir. Bu müddət ərzində Maduroya şirkətlərin işinə müdaxilə etməsi və ya onların maliyyə hesablarına çıxışına məhdudiyyət qoymaq kimi daha geniş səlahiyyətlər verilir.

Burada iqtisadi siyasətdə milli valyutanın devalvasiyası, ya da yanacağın qiymətinin artırılması kimi mümkün dəyişikliklər qeyd edilmir.

Maduronun cümə günü xalqa müraciətlə çıxışı gözlənilirdi. Keçmiş avtobus sürücüsü və sonradan xarici işlər naziri olmuş Maduro 2013-cü ildə Hüqo Çavezi ölkə prezidenti vəzifəsində əvəz edib vəmənəvi müəlliminin ciddi valyuta və qiymət siyasətini davam etdirib.

Venesuelada mağazalar qarşısında uzun növbələr və süddən tutmuş, dərmanlara qədər ciddi ərzaq məhsulları çatışmazlığı probleminin yaranması hökuməti tənqidçilərin uğursuz model adlandırdığı siyasətin dəyişdirilməsi üçün artan təzyiqlər qarşısında qoyub.

XS
SM
MD
LG