Accessibility links

Venesuelada siyasi qarşıdurma


Yanvarın 5-də Venesuelanın iqtidarda olan sosialistləri parlamenti ələ keçirməklə rəhbərliyi öz millət vəkilləri Luis Parraya təhvil verib.

Bu hadisə Maduronun hakimiyyətdə qalmasını möhkəmləndirməklə yanaşı, prezidentlik yarışında əsas rəqibi olan Xuan Quaydonu mübarizədən uzaq tutmaq üçün strateji addımdır.

Quaydo müxalifət lideri vəzifəsini icra edirdi, lakin bu hərəkət onun Maduroya meydan oxumaq imkanını əlindən almış olur.

Bazar günü Quaydonun parlament binasına girişinə mane olunub. Hərbçilər onun qarşısını qalxanlar və güc tətbiq etməklə alıblar.

Lakin bu onun hasarı aşmağına və milli qvardiya əngəlini keçmək cəhdinə mane olmayıb.

Quaydo Madurodan fərqli olaraq 50-dən çox ölkə tərəfindən Venesuelanın qanuni lideri kimi tanınır. Amma Maduro yalnız ordunun dəstəyi ilə hakimiyyətdə qalıb.

Müxalifət liderlərinin Quaydoya ikinci dövr üçün səs verəcəyi gözlənilirdi. Ancaq Parra Quaydonun məğlubiyyəti, özününsə qələbəsindən sonra müraciət ünvanlayıb.

“Bu parlamentin gələcəyinə qapıları açmaq istəyirik. Bütün bacı və qardaşlar dalaşdığı kimi bizim də aramızda problemlər olub. Amma yenidən birləşərək bu parlamentdə həll yolu axtarmağımız tələb olunur. Bütün bacı və qardaşlarda olduğu kimi bizim də fərqlərimiz var, amma biz bu qarşıdurmaya son qoymalıyıq” - deyə, o bildirib.

Müxalif millət vəkilləri Parranın and içməsinin etibarsız olduğunu bildirir və bunu "parlament çevrilişi" adlandırırlar.

Bu hadisəni ABŞ, AB və bir çox Latın Amerikası ölkələri də qınayıb.

Müxalifət liderləri bunun prezident Maduronun güc tətbiq edərək demokratiyaya mane olmasının daha bir dəlil olduğunu vurğulayıblar.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG