Accessibility links

Venesuelada etirazlar zamanı 2 nəfər həlak olub


Venesuelanın müxalifət lideri və parlament spikeri Xuan Quaydo hüquq- mühafizə orqanları ilə toqquşmalar zamanı biri 27 yaşlı qadın və digəri 24 yaşlı kişi olmaqla iki etirazçının həlak olduğunu bildirib.

"Buna son qoymaq lazımdır, bu şəxslər öz törətdikləri cinayətlərə görə məsuliyyət daşımalıdırlar. Mən bunun uğrunda həyatımı belə qoyaram,” Quaydo Twitter-də yazıb.

Reuters xəbər agentliyinin verdiyi məlumata görə, mayın 1-də Karakasda baş verən etirazlar insanların güc tətbiqindən qorxduğu üçün tez dağılıb. Ordunun əksər hissəsi Maduronu dəstəkləməkdə davam edir.

Daha öncə Quaydo prezident Nikolas Maduronun devrilməsi kampaniyasının “son mərhələsini” başladığını bildirib. Müxalifət lideri Venesuela vətəndaşlarını küçə etirazlarına çıxmağa çağırıb. O öz Twitter hesabında "xalq və silahlı qüvvələr qəsbkarlığın dayandırılmasında birləşirlər," yazıb.

Venesuelada etiraz
Venesuelada etiraz

Quaydonun “Azadlıq” adlandırdığı əməliyyatın ilk mərhələsi aprelin 6-da başlayıb. Söhbət ölkənin hər bölgəsində hökümətin parallel strukturunun yaradılmasından gedir. Müxalifətin dediyinə görə, bu küçə nümayişləri ilə bir yerdə Maduro rejiminin sonunu gətirəcək.

Venesuela yanvar ayının sonundan etibarən dərin siyasi bir böhran yaşayır. Venesuela Parlamenti müxalifət tərəfindən idarə olunur. Quaydo Maduronun vəzifədə qeyri-qanuni olduğunu söyləyərək, özünü ölkənin müvəqqəti prezidenti elan edib. Quaydo dünyanın bir çox ölkəsi, o cümlədən ABŞ, Avropa Birliyi, Braziliya və Latın Amerikası ölkələrinin əksəriyyəti tərəfindən Venesuelanın keçid dövrü prezidenti kimi tanınıb. Hökumət orqanları üzərində nəzarət Maduroda olaraq qalır. Maduro Rusiya, Çin və Kuba tərəfindən dəstəklənir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG