Accessibility links

Venesuelada insan haqları müdafiə olunmur


Beynəlxalq insan haqları müdafiə mərkəzi iddia edir ki, Nikolas Maduro hakimiyyəti Venesuelada bu günə qədərki ən ağır insan haqları pozuntusu ilə tarixə düşüb.

Amnesty İnternational bildirib ki, Cənubi Amerikada öldürülən insan sayı müharibə şəraitində yaşayan ölkələrdəkindən daha yüksəkdir.

Hesabatda zorakılıqların ən çox təhlükəsizlik orqanları tərəfindən törədildiyi vurğulanır. Polis məmurları yoxsul məhəllələrdə keçirdiyi cinayətkarlıqla mübarizə əməliyyatları zamanı şiddətə əl atır.

Amnesty International-ın hesabatı Argentinanın Buenos-Aires şəhərində təqdim olunub. Cümə axşamı yayımlanan video hesabatda Venesuela sakinləri öz yaxınlarının öldürülməsi haqda danışır. Amnesty International bu cinayətləri “hökümsüz edamlar” adlandırır.

“Hansı ölümləri hökümsüz edam adlandırmaq olar? Edam olunan şəxs cəmiyyətə heç bir təhlükə yaratmırsa, silahsızdırsa və həmçinin meyit yarma nəticəsində öldürülən şəxsin sinəsindən, boynundan və başından vurulmuş olduğu aşkar olunursa, bir sözlə öldürülərkən polisin önündə diz çökmüş və ya uzanmış olduğu bəllidirsə.”

Venesuela höküməti bu hesabata hələ cavab verməyib. Venesuelada 5 ildir ki, davam edən iqtisadi böhran minlərlə insanın daha yaxşı həyat şəraiti üçün qonşu ölkələrə köçməsinə səbəb olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG