Accessibility links

Venesuelada müxalifət ordunun Maduroya dəstəyini qırmağa çalışır


ABŞ-ın keçid prezidenti kimi tanıdığı Xuan Quaydo xalqı küçələrə səsləyib
ABŞ-ın keçid prezidenti kimi tanıdığı Xuan Quaydo xalqı küçələrə səsləyib

Venesuelada müxalifət liderinin tərəfdarları ordunun prezident Nikolas Maduronun dəstəyinıə son qoymaq üçün etiraz aksiyası keçirib. Nümayişçilər humanitar yardımların ölkəyə buraxılmamasına da etirazlarını bildirib.

Özünü müvəqqəti prezident elan edən Xuan Quaydo hökumətə qarşı yürüşlərdə həlak olan 40 nəfərin xatirəsinin anılmasına çağırıb. O, eyni zamanda ərzaq və dərman kimi humanitar yardımların ölkəyə çatdırılması cəhdlərini davam etdirir.

2017-ci ildən bəri 3 milyon adam səfalət üzündən Venesuelanı tərk edib.

Ölkənin qüdrətli ordusunun dəstəyinə arxalanan prezident Maduro müxalifətin yürüşünü ABŞ-ın "çevriliş cəhdi"-nin bir hissəsi kimi qiymətləndirib.

Maduro həm də tərəfdarlarını “imperialist müdaxiləsi” əleyhinə yürüşlərə və Donald Tramp əleyhinə olanları imza toplamağa səsləyib.

ABŞ və digər 50 ölkənin Venesuela prezidenti kimi tanıdığı Xuan Quaydo humanitar yardımların blokadasını “bəşəriyyətə qarşı cinayətkarlıq” kimi qiymətləndirib.

"Bunun məsuliyyətini daşıyanlar və rejim bunu bilir. Bu, silahlı qüvvələrin bəşəriyyətə qarşı cinayətidir” - deyə, Quaydo bildirib.

O, Kolumbiya ilə Venesuela arasında körpünü bağlayaraq xarici humanitar yardımların ölkəyə daxil olmasına mane olan qüvvələri nəzərdə tutub.

Birləşmiş Millətlər Təşkilatı Venesueladakı humanitar ehtiyacların kritik olduğunu bildirir. Təşkilat altıdan çox BMT agentliyinin əhalinin təcili sağlamlıq, ərzaq və müdafiə ehtiyaclarının qarşılaması üçün noyabr ayından bəri fəaliyyətini artırıb.

2017-ci ildən bəri təxminən 3 milyon venesuelalı xroniki ərzaq və dərman qıtlığı səbəbilə ölkəni tərk edib.

XS
SM
MD
LG