Accessibility links

Venesuela nüməyişlərində daha bir nəfər həyatını itirib


Venesuelanın təhlükəsizlik qüvvələrinin cümə axşamı Karakasda nümayişçilərə rezin güllələrlə atəş açması nəticəsində 22 yaşlı etirazçı həyatını itirib.

Deyvid Xose Vallenila nümayişin baş verdiyi Karakasda yerləşən Çakao xəstəxanasına yerləşdiriləndən bir müddət sonra vəfat edib.

Artıq son 3 aydır hər gün prezident Maduro hökümətinə qarşı aksiyalar davam etməkdədir.

Bu iğtişaşlar mart ayında müxalifətin nəzarət etdiyi Konqresin Maduro höküməti tərəfindən ləğv etməsindən sonra başlayıb. Müxalifət təhlükəsizlik qüvvələrini nümayişçilərə qarşı ifrat güc istifadə etməkdə günahlandırıb.

ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli cümə axşamı beynəlxalq ictimaiyyəti getdikcə dərinləşən böhrana qarşı mübarizəyə səsləyib.

Prezident Madura isə dəfələrlə beynəlxalq ictimaiyyətin bu cür çağırışlarını rədd edib.

XS
SM
MD
LG