Accessibility links

Venesuelada qiyama səsləyən Milli Qvardiyanın 27 üzvü həbs edilib


Venesuelanın Müdafiə Nazirliyinin bildirdiyinə görə, hökumətə qarşı qiyama səsləyən Milli Qvardiyanın 27 üzvü həbs edilib.

Nazirlik onların 4 nəfəri girov götürdüyünü və Kotiza məhəlləsindəki keşik məntəqəsindən silahlar oğurladığını bildirib.

Bildirilib ki,istintaq irəlilədikcə həbslərin sayı arta bilər.

Ordu oğurlanan bütün silahların götürüldüyünü və ifrat sağçıların təsiri altında hərəkət edən “xainlərin” ələ keçirildiyini bildirib. Bəyanatda deyilib ki, qiyam silahlı şəxslərin Karakasdakı polis idarəsini nəzarətinə alması ilə səhər saat 2:50-də başlayıb.

Daha sonra onlar 2 hərbi yük maşını ilə şəhərə çıxıb, digər keşik məntəqələrindəki silahları ələ keçirib.

Bundan bir gün əvvəl Venesuelanın prezident sarayından cəmi 3 kilometrlik məsafədə yerləşən yoxsul məhəllədə polis nümayiş keçirən insanlara qarşı gözyaşardıcı qazadan istifadə edib.

İğtişaş bu gün səhər silahlı bir qrup şəxsin sosial mediada hökuməti tanımayacağına dair videolar yaymasından sonra baş qaldırıb.

Videoların birində özünü 3-cü serjant adlandıran şəxs Venesuela xalqına müraciət edərək, müqavimətə dəstək olaraq küçələrə çıxmağa səsləyib.

"Konstitusiyamızın müdafiəsi naminə küçələrə çıxmağınızı xahiş edirəm. Siz bizim müqavimətə başlamağımızı istədiniz, biz etdik. İndi siniz dəstəyinizə ehtiyacımız var”- deyə, həmin şəxs bildirib.

Həmin şəxslərin müqəddaratı bəlli deyil. Hökumət isə buna heç bir münasibət bildirməyib.

Kotiza adlı kiçik məhəllədə isə Insanlar qazan və tavaları bir-birinə vurub, polisi daşa basıb, zibilləri yandırıb.

"Biz vətənimizi qoruyuruq”- deyə, 36 yaşlı Mariya Fernanda Rodrigez Associated Press-ə bildirib.

İkinci dönəm 6 il müddətinə prezident seçilən Maduro daxili və beynəlxalq təzyiqlər altındadır. ABŞ və digər bir neçə xarici ölkə onun prezidentliyini qanunsuz hesab edir.

Venesuelada ərzaq qıtlığı və hiperinflyasiyaya narazılıqlar artdıqca, Maduro yüksək rütbəli hərbi komandirlərinin sədaqətinə arxalanıb. Belə ki, ordu baş qaldıran hər bir narazılığı yatırmağa nail olub.

Venesuelada 5 ildir ki, davam edən iqtisadi böhran minlərlə insanın daha yaxşı həyat şəraiti üçün qonşu ölkələrə köçməsinə səbəb olub.

Beynəlxalq insan haqları müdafiə təşkilatları Nikolas Maduro hakimiyyətinin Venesuelada bu günə qədərki ən ağır insan haqları pozuntusu ilə tarixə düşdüyünü bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG