Accessibility links

Venesuelada Uqo Çavesin ölümünün ildönümü qeyd edilir


Venesuelada Uqo Çavesin ölümünün birinci ildönümü küçə nümayişləri və anım mərasimləri ilə müşayiət olunub. Onun ölümündən sonra ölkədə gərginliklər dərinləşməkdədir.

Venesuelalılar onun cəsədinin saxlandığı tabutun önündən keçərək xatirəsini anıblar. Hərbi-mülki paradla müşayiət olunan mərasimdə Uqo Çavesin xələfi Nikolas Maduro da iştirak edib.

Ancaq ölkədə iki aya yaxındır davam edən anti-hökumət nümyişləri bu gün səngiməyib.

Yüzlərlə nümayişçi paytaxt küçələrini zibil yeşikləri ilə bağlayaraq hökuməti fitə basıblar. Onlar ölkədə yaşanan çatışmazlıqlara və zorakılıqlara görə cənab Maduronun hökumətini ittiham ediblər.
XS
SM
MD
LG