Accessibility links

Venesuelalılar ailələrini dolandırmaq üçün zibilliklərə üz tuturlar


Venesuelalılar ailələrini dolandırmaq üçün zibilliklərə üz tuturlar
please wait

No media source currently available

0:00 0:01:44 0:00

Venesuelalılar ailələrini dolandırmaq üçün zibilliklərə üz tuturlar

Venesueladaqida məhsullarının yüksək qiyməti və daimi ərzaq çatışmazlığı bir çox venesuelalını yeməyə bir şey tapmaq üçün zibilliklərə çıxmağa məcbur edib. Son araşdırmalara görə, gündəlik ərzağın qiymətləri dörd dəfədən çox artıb. Bu isə bir çox insanı ailələrini dolandırmaq üçün zibilliklərə üz tutmağa vadar edir.
Məşhur bazarın kənarında Fredi Belenyo başqalarının tulladığı yeməklərin qalıqlarını toplayır.
"Mən günortaya qədər gözləyirəm, mağazalar öz zibillərini atırlar və mən soğan və ya banan qalıqlarını götürürəm", Fredi Belenyo.
Belenyo əvvəllər boksçu olub. 2006-cı ildə uğurlu karyerasını bitirdikdə o, xoşbəxt təqaüd xəyal edirdi. Lakin son iki ildir ki, o buraya zibil tullantıları içərisində ailəsi üçün qida axtarmağa gəlir.
"Mən dəyişikliklər gözləyirəm, lakin heç nə baş vermir. Yaxın gələcəkdə heç bir həll yolu görmürəm", Fredi Belenyo.
Məşhur Karakas məhəlləsində insanlar burada yerləşən restoranların zibili tullamaqlarını gözləyirlər.
Freddi Mata deyir ki, bu onun qidalanmasının yeganə yoludur.
"Ən azından biz acından ölmürük", Freddi Mata.
Bunu etməyi sevmədiyini desə də, o burada yeyilə biləcək qida qalıqlarını tapdığını deyir.
"Bəzən toyuq dərisi tapıram. Burada yeyə biləcəyiniz çox şey var. Lakin biz hər gün evə yemək almaq üçün çətinlik çəkirik", Freddi Mata.
Venesuela hökuməti hər kəsi ərzaqla ilə təmin etdiyini deyir.
"Venesuelıların 97 faizinin gündə ən az üç yeməklə təmin edən ərzaq missiyasına çıxışı var", Nikolas Maduro, Venesuela prezidenti.
Lakin sorğuların nəticələrinə görə, 64% venesuelalı ötən il ərzində ərzaq almaq çətinliyi səbəbindən ortalama 11 kiloqram çəki itirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG