Accessibility links

Venesuelalılar su çatışmazlığından əziyyət çəkir


Venesuelalılar su çatışmazlığından əziyyət çəkir
please wait

No media source currently available

0:00 0:02:15 0:00

Venesuelılar uzun elektrik kəsintilərindən əziyyət çəkməyə davam edir. Elektrik çatışmazlığı isə bir çox yaşayış binalarına suyun getməməsinə gətirib çıxarır. Sabit su təchizatı olmadığına görə Krakasdakı bəzi sakinlər su toplamaq üçün ya çaylara və axarlara üz tutur, ya da sudan yenidən istifadə etməyin yollarını axtarır ki, bu da xəstəliklərin yayılması üçün şərait yaradır.

Karakas sakini Karmen Lopez deyir ki, Venesuelada kommunal xidmətlərin çatışmazlığı pisləşdiyi bir vaxt, yaşayış da çətinləşir. İndi isə o, venesuelalıların təkcə ərzaq almaq üçün uzun növbələrdə dayanmadığını, hətta suya çıxış əldə etməkdə belə çətinlik çəkdiyini söyləyir.

Bir qrup insan var ki, diareyadan və susuzluqdan əziyyət çəkir. Onlar arasında uşaqlar, yaşlılar var. Susuzluqdan əziyyət çəkən insanın ölmək riski isə daha yüksəkdir.
Maria de Los Anceles

“Mən yeməyi süzgecdən keçirirəm, daha sonra o suyu qazana tökürəm. Bu suyla da hamamı təmizləyirəm” – deyə, o bildirir.

Karmen Lopez bu yolla həm evini təmizləyir, həm də suya qənaət edir. Su çatışmazlığı artdığı üçün, o artıq su toplamaq üçün başqa yerlərə getmək məcburiyyətindədir.

“Artıq bir ildən çoxdur bu problem var və elektrik kəsilmələri bizi sarsıdıb. Mənim soyuducum işıqların davamlı olaraq kəsilməsinə görə artıq işləmir”, o deyir.

Karmen əlil arabasında olduğu üçün su toplamağa ona ailəsi və dostları yardım edir. Onlar çaylardan, körfəzlərdən və ya önlərinə çıxan hər yerdən vedrələrə su doldurur. Sakinlər burada qeyri-gigiyenik şərait səbəbilə xəstəliklərin yayılacağından narahatdır.

“Bir qrup insan var ki, diareyadan və susuzluqdan əziyyət çəkir. Onlar arasında uşaqlar, yaşlılar var. Susuzluqdan əziyyət çəkən insanın ölmək riski isə daha yüksəkdir” – deyə, icma lideri Maria de Los Anceles bildirir.

Venesuela lideri Nikolas Maduro Birləşmiş Ştatları onu vəzifədən getməyə məcbur etmək üçün Venesuelanın elektrik təchizatını kəsməkdə ittiham etməyə davam edir. Vaşinqton isə bu ittihamları rədd edir. Lakin Maduro sakinləri problemin davam edəcəyinə hazırlıqlı olmağa çağırır.

Venezuela
Venezuela

“Hər kəsdə onları məlumatlandıracaq içində batareya olan radiolar, habelə cib fənəri və şamlar olmalıdır. Hazır olun”, Maduro deyib.

Karakas sakinləri həm də ərzaq çatışmazlığı ilə üzləşməyə davam edir.

“Səhərlər biz düyü və lobya yeyirik, naharda da. Bizim menyumuz budur. Mən artıq üç aydan çoxdur ət yemirəm. Dadını belə unutmuşam”, Karmen Lopez söyləyir.

İki Venesuela universiteti tərəfindən aparılan tədqiqata əsasən, ölkədə ailələrin 70 faizindən çoxunun evində su həftədə azı iki dəfə kəsilir. Venesuelalılar gündəlik həyatlarının daha da pisləşəcəyindən narahatdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG