Accessibility links

Venesuela qaranlığa qərq olub


Cümə axşamı Venesuelada baş verən elektrik kəsintiləri cümə gününə qədər davam edib.

Elektrik enerjisinin kəsilməsi ölkənin 23 ştatının əksər hissələri, eləcə də paytaxt Karakasa təsir edib.

Yoldakı sərnişinlər bir neçə saat piyada evə getmək məcburiyyətində qalıblar. Buna səbəb küçələrdə az sayda avtobusun olması və şəhərin metro sisteminin işləməməsi olub.

Rəsmilərin sözlərinə görə, Quri Damındakı su elektrik stansiyasına təxribat olub, lakin heç bir sübut təqdim edilməyib.

Venesuela prezidenti Nikolas Maduro elektrik kəsilməsində Amerika Birləşmiş Ştatlarının rol oynadığı irəli sürüb.

ABŞ və təxminən 50 ölkə tərəfindən Venesuelanın müvəqqəti prezidenti kimi tanınmış müxalifət lideri Xuan Quaydo Twitterdə elektrik enerjisinin kəsilməsinə görə Maduronu günahlandırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 30-dan çox raket və pilotsuz təyyarəsini vurub
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. İlham Əliyev və Nikol Paşinyan arasında Kişinyonvda görüş.
please wait

No media source currently available

0:00 0:29:22 0:00
XS
SM
MD
LG