Accessibility links

Venesuelanın baş hakimi Quaydonun toxunulmazlığını ləğv etmək istəyir


Venesuelanın baş hakimi millət vəkillərini Xuan Quaydonun parlament toxunulmazlığından məhrum etməyə çağırıb. Belə bir qərar müxalifət liderinin həbs olunmasına yola aça bilər.

Hakim Maykel Moreno Xuan Quaydonu prezident Nikolas Maduronu vəzifəsindən istefa verməyə məcbur etmək məqsədilə regionda dəstəyini gücləndirmək üçün Cənubi Amerika ölkələrinə səfər edərkən ölkədən çıxış qadağasını pozmaqda ittiham edir.

Bazar ertəsi dəstəkçiləri qarşısında çıxış edən Xuan Quaydo həbs olunmaqdan qorxmadığını bildirib və höküməti onu ləkələməyə çalışmaqda günahlandırıb.

Quaydo Milli Assambleyanın sədri kimi özünün konstitusional səlahiyyətindən istifadə edərək, Maduronun 2018-ci ildə yenidən prezident seçilməsini qeyri-qanuni elan edib.

ABŞ və təxminən 50 ölkə Quaydonu Venesuelanın legitim lideri kimi tanıyıb. Rəsmi Vaşinqton Venesuela hökumətinə qarşı bir neçə sanksiyalar tətbiq edib. Lakin Maduro hakimiyyətdən getməkdən imtina edir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG