Accessibility links

Venesuelanın fəallaşan müxalifəti ciddi sınaq qarşısındadır


Venesuelanın fəallaşan müxalifəti ciddi sınaqla üzləşib. Müxalifət ümumilli etiraz aksiyaları çağırışı ilə prezident Nikolas Maduronun sosialist hökumətinin arxasında duran yoxsullar və orduya müraciət edib.

Nümayişlər 1958-ci ildə hərbi dikatator Markos Perez Ximenezin hakimiyyətdən devilən çevrilişin ildünümünə təsadüf edir.

Paytaxt Karakasda hökumət tərəfdarlarının da aksiyaları təşkil edilib.

Rəqib nümayişlər ölkədə kiçik bir hərbçi qrupunun qiyam çağırışından sonra təşkil edilir.

Venesuelanın Müdafiə Nazirliyinin bildirdiyinə görə, hökumətə qarşı qiyama səsləyən Milli Qvardiyanın 27 üzvü həbs edilib.

Nazirlik onların 4 nəfəri girov götürdüyünü və Kotiza məhəlləsindəki keşik məntəqəsindən silahlar oğurladığını bildirib.

Bildirilib ki, istintaq irəlilədikcə həbslərin sayı arta bilər.

Ordu oğurlanan bütün silahların götürüldüyünü və ifrat sağçıların təsiri altında hərəkət edən “xainlərin” ələ keçirildiyini bildirib.

Venesuelanın Milli Assambleyasının sədri Xuan Quaydo
Venesuelanın Milli Assambleyasının sədri Xuan Quaydo

Nümayişlərdən öncə 35 yaşlı qanunverici Karakasda “Açıq Kabildoslar”-ın (İspaniyanın müstəmləkəçiliyinin əleyhinə olan şura) açıq havada keçirilən yığıncağında iştirak edərək, prezident Maduronun hakimiyyətdən getməsini və ölkədə demokratiyanın bərpa edilməsinə çağırıb.

Kollec binasının damından Xuan Quaydo deyib ki, biz fəlakətdən yorulmuşuq. “Bilirik ki, bu, bir günün mübarizəsi deyil. Lakin müqavimətin başlanğıcı üçün bir gündür” - deyə, o bildirib.

Tələbələrdən ibarət kütlə vəcdlə “Azadlıq” və “Maduro, get!” şüarları səsləndirib.

Xuan Quaydonun özünü ölkənin müvəqqəti prezidenti elan etməsi ABŞ dövlət başçısı Donald Tramp tərəfindən dəstəklənib.

ABŞ dövlət katibi Mayk Pompeo da Nikolas Maduronu höküməti könüllü olaraq Quaydoya təhvil verməyə çağırıb.

Venesuelanın vitse-prezidenti Delsi Rodrigez aksiyaların təşkilində ABŞ və Venesuelanın oliqarxiyasını günahlandırıb.

İkinci dönəm 6 il müddətinə prezident seçilən Maduro daxili və beynəlxalq təzyiqlər altındadır. ABŞ və digər bir neçə xarici ölkə onun prezidentliyini qanunsuz hesab edir.

Venesuelada ərzaq qıtlığı və hiperinflyasiyaya narazılıqlar artdıqca, Maduro yüksək rütbəli hərbi komandirlərinin sədaqətinə arxalanıb. Belə ki, ordu baş qaldıran hər bir narazılığı yatırmağa nail olub.

Venesuelada 5 ildir ki, davam edən iqtisadi böhran minlərlə insanın daha yaxşı həyat şəraiti üçün qonşu ölkələrə köçməsinə səbəb olub.

Beynəlxalq insan haqları müdafiə təşkilatları Nikolas Maduro hakimiyyətinin Venesuelada bu günə qədərki ən ağır insan haqları pozuntusu ilə tarixə düşdüyünü bildirir.

XS
SM
MD
LG