Venesuela höküməti və müxalifətinin nümayəndələri ölkəni siyasi və iqtisadi böhrana qərq edən çıxılmaz vəziyyəti həll etməklə bağlı danışıqlar aparmaq məqsədilə Norveçdə səfərdədir.
Venesuela rəsmiləri deyir ki, prezident Nikolas Maduronu informasiya naziri Xorxe Rodrigez təmsil edir, müxalifətin nümayəndə heyətinə isə qanunverici Stalin Qonzalez başçılıq edir.
Prezident Maduro çərşənbə günü televiziyada yayımlanan çıxışı zamanı Rodrigezin “çox mühüm missiya” ilə xaricdə səfərdə olduğunu bildirib.
Norveçdə danışıqlar ordu aprelin 30-da müxalifət lideri və özünü ölkənin prezidenti elan edən Xuan Quaydonun onları Maduroya qarşı çıxmaq çağırışlarını rədd edəndən sonra keçirilir. Milli Assambleyanın lideri Quaydo bu ilin əvvəli müxalifətin çoxluq təşkil etdiyi parlament Maduronun saxta seçkilərdə qalib gəldiyinə dair nəticə çıxarandan sonra özünü müvəqqəti prezident elan edib.
Birləşmiş Ştatlar və təxminən 50 digər ölkə Quaydonu Venesuelanın qanuni prezidenti olaraq tanıyır. Venesuela Birləşmiş Ştatlarla Maduro rejimini hərbi avadanlıqla təmin edən Rusiya və ABŞ-ın Venesuelaya Maduro tərəfdarı qoşun yollamaqda ittiham etdiyi Kuba arasında gərginliyə səbəb olub.
Bundan əlavə Birləşmiş Ştatlar çərşənbə günü ABŞ-la Venesuela arasında bütün kommersiya uçuşlarını təxirə salıb.
Nəqliyyat naziri Eleyn Çao deyir ki, o, dövlət katibi və milli təhlükəsizlik naziri ilə birlikdə Venesuelada “sərnişinlər, təyyarə və ekipaj üzvlərinə təhlükə yaradan”vəziyyəti müəyyən edib.
Bir çox beynəlxalq, o cümlədən Birləşmiş Ştatların bəzi hava yolları şirkətləri siyasi iğtişaş səbəbilə Venesuelaya uçuşları dayandırıb.