Accessibility links

Venesuelanın xarici işlər naziri Maduro və Tramp arasında dialoqa çağırır


Venesuelanın xarici işlər naziri Horhe Arreaza prezident Nikolas Maduro və ABŞ prezidenti Donald Tramp arasında dialoqa başlamaq üçün ABŞ-a müraciət edib.

Arreaza BMT-nin İnsan Haqları Şurasında onlarla Latın və Avropa ölkəsinin boykot etdiyi çıxışı zamanı iki lider arasında danışıqlara çağırıb.

Bir daha biz ABŞ-la dialoqa çağırırıq. Bəli, nəyə görə də yox?

“Bir daha biz ABŞ-la dialoqa çağırırıq. Bəli, nəyə görə də yox? Prezident Maduro ilə prezident Tramp arasında görüş. Nəyə görə onlar görüşməsinlər? Onlar bir araya gələrək məsələyə həll yolu axtara, fərqliliklərini izah edə bilərlər. Biz həmçinin bütün Venesuela vətəndaşlarını öz aralarında dialoqa çağırırıq”- deyə, Venesuelanın xarici işlər naziri Horhe Arreaza bildirib.

ABŞ yanvarda özünü Venesuelanın müvəqqəti prezidenti elan edən müxalifət lideri Xuan Quaydonun hakimiyyətə gəlməsinə ilk dəstək verən ölkə olub.

Özünü Venesuelanın keçid prezidenti elan etmiş Xuan Quaydo Avropa İttifaqı səfirləri ilə görüşü tərk edərkən mətbuat nümayəndələrinə əl yelləyir. Brasilia, Braziliya, 28 fevral, 2019.
Özünü Venesuelanın keçid prezidenti elan etmiş Xuan Quaydo Avropa İttifaqı səfirləri ilə görüşü tərk edərkən mətbuat nümayəndələrinə əl yelləyir. Brasilia, Braziliya, 28 fevral, 2019.

Maduro və Quaydo iqtisadi böhran yaşayan Venesuelada hakimiyyət uğrunda mübarizə aparır.

Maduro ABŞ-dan Venesuelaya göndərilən humanitar yardımlardan imtina edib və deyib ki, bu yardımlar ABŞ hərbi müdaxiləsinə hazırlıq xarakteri daşıyır.

Quaydo isə Venesuela sərhədlərini ABŞ-ın yardımları üçün açacağını vəd edib.

XS
SM
MD
LG