Koronavirusla əlaqədar acınacaqlı xəbərlər artıq Venesuelladan da gəlməyə başlayıb. Belə ki, vitse-prezident Delsi Rodrigez ölkədə koronavirusdan ilk ölüm halını təsdiqləyib.
Rodrigez qurbanın "xroniki xəstəliyi" olan 47 yaşlı tarla işçisi bir kişi olduğunu söyləyib.
Vitse-prezident həmçinin Venesuelada 107-ə nəfərin koronavirusa yoluxduğunu təsdiqləyib.
Venesuelada virusun yayılmasının qarşısını almaq üçün ölkə boyu karantin rejimi tətbiq olunub.
Virus Cənubi və Mərkəzi Amerikanın digər bölgələrində geniş yayılmaqdadır. Braziliyada artıq 2000-dən çox yoluxma halı qeydə alınıb.