Accessibility links

Veteranlar iş tapmaqda çətinlik çəkir [Video]


Veteranlar iş tapmaqda çətinlik çəkir
please wait

No media source currently available

0:00 0:02:52 0:00

Veteranlar iş tapmaqda çətinlik çəkir

ABŞ iqtisadiyyatında dirçəlişə baxmayaraq, İraq və Əfqanıstan müharibəsi veteranları iş tapmaqda çətinlik çəkir. Veteranlar arasında işsizlik səviyyəsi ölkədəki ümumi işsizlik səviyyəsindən yüksək olaraq, 10 faiz təşkil edir. İndi bəzi şirkətlər veteranları işlə təmin etməyə çalışır.

Nyu-Yokr şəhərində 69-cu Silah Alayının tədbirinə 1000-dən artıq veteran toplaşıb. Bunlar mülki sektorda iş axtaranlardır. Tədbirə özəl və ictimai sektorun şirkətləri də qatılıb. Toyota kimi bəzi şirkətlər artıq fəaliyyətə başlayıb. Şirkətin sözçüsü Don Evan: "3 il ərzində 622 iş yarmarkası təşkil edib, silahlı qüvvələr sırasında xidmət göstərən qadın və kişini işlə təmin etmişik. Müasir veteranlar olduqca təcrübəlidir. Təlimlərdən keçmiş ağıllı insanlardır. Cavabdehlik daşıyan, rəhbərlik etmiş bu insanlar özlərini mülki marketinqini bacarmır."

Marketinq prosesi qabiliyyətin bazara çıxarılmasıdır. Peşəkar dəstələr veteranlarla iş aparıb, onlara bacarıqlarını kağıza köçürməyə, bu yolla özlərini şirkətlərə təqdim etməyə yardım edir.

Şərəf ordeni laureate Dakota Meyer veteranların qeyri-rəsmi sözçüsüdür. O, hərbi qulluqçuların, xüsusilə Əfqanıstan və İraqda xidmət göstərənlərin çiyinlərinə düşən yükün ağırlığından danışır. “Bunlar ən uzun müharibələrdir.12-13 illik müharibələrdə əhalimizin çox az hissəsi 0.45 faizi iştirak edib. Onlar hazırdırlarmı? Əlbəttə, onlar hər şeyə hazırdırlar. Onlar hər bir mülki vəzifəyə hazırdırlar.”

İqtisadi vəziyyət düzəldikcə, veteranlar arasında iş tapanların sayı artır. Veteranların liderləri bu inkişafları Ağ Ev, Konqres, Həmkarlar İttifaqları, bizneslər və icmaların əməyinin nəticəsi kimi qiymətləndirir.
XS
SM
MD
LG