Accessibility links

Vergi işçilərinə qarşı cinayət işləri açılıb


Bu barədə Baş Prokurorluq və Vergilər Nazirliyinin mətbuat xidmətlərinin birgə məlumatında bildirilir

Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi 2015-2018-ci illərdə vergi orqanlarında aşkar edilmiş qanun pozuntusu faktlarını araşdırıb.

Bu barədə Baş Prokurorluq və Vergilər Nazirliyinin mətbuat xidmətlərinin birgə məlumatında bildirilir.

Məlumatda deyilir ki, hüquq-mühafizə orqanlarında Vergilər Nazirliyi Ərazi Departamentinin baş dövlət vergi müfəttişi Mahir Əbdürrəhmanov tərəfindən qanunsuz əməllərə yol verilməsi barədə şübhələr yaranıb.

O, Xızı və Siyəzən rayonları maliyyə şöbələrindən daxil olan vergi yığımlarının və dövlət rüsumlarının 511 min manat azaldılmasında, həmin vəsaiti ayrı-ayrı vergiödəyicilərinin şəxsi hesablarına sənədləşdirilməkdə və həmin pulları nağd götürərək mənimsəməkdə şübhəli bilinir.

Fakt üzrə CM-in 179.4 (külli miqdarda mənimsəmə ziyan vurmaqla) və 308.2 (vəzifəli şəxslər tərəfindən sui-istifadə) maddələri ilə cinayət işi qaldırılıb.

Həmçinin Vergilər Nazirliyinin müxtəlif Ərazi departamentlərinin digər əməkdaşları Eldəniz Əzizov, Valeh Qasımov, Elnur Məsimov, Ziya Paşayevə qarşı cinayət işləri başlayıb.

4 əməkdaş vergi xidmətindən xaric edilib, digər 4 nəfər müvəqqəti olaraq vəzifədən kənarlaşdırılıb.

İstintaq davam edir, günahkar şəxslərin əhatəsinin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün tədbirlər həyata keçirilir.

XS
SM
MD
LG