Yəmən qiyamçılarının yüksək səviyyəli rəsmiləri hökümətdən BMT-nin sülh danışıqlara hazırlaşdığı bir vaxtda Səudiyyə Ərəbistanından raket atəşini dayandırmağı tələb edir.
Yəmənin ordu rəsmiləri İranın dəstəklədiyi Husi qiyamçılarını şəhərin şərq hissəsinə hücum etməkdə günahlandırır. Hökümət tərəfdarı qüvvələr bu hücumlara cavab verib və Səudiyyənin liderliyində olan koalisiyanın döyüş təyyarələri hava hücumlarını başladıb.
"Koalisiya gərək bu üstünlükdən faydalansın və varlığını göstərməyə davam etsin. Biz bu təşəbbüsün faydasını görəcəyik və bütün Yəmən xalqı xoşbəxt olacaq" - deyə, Səna şəhər sakini Əli bildirib.
Husi qiyamçıları əlavə edib ki, əgər səudilər həqiqi sülh istəyinə inandıra bilsə onlar BMT-nin istədiyi atəşkəsi bərpa etməyə hazırdılar.
Tramp administrasiyası da Yəməndə atəşkəsin bərpasını tələb edən Qərb müttəfiqlərinə qoşulub. ABŞ həmçinin Yəmənə hücum edən koalisiya təyyarələrinə yanacaq doldurma xidmətini də dayandırıb.