Accessibility links

Veronika Qoldston: Həbs edilən fəallar dərhal və qeyd-şərtsiz azad edilməlidir


Veronika Qoldstonla müsahibə
please wait

No media source currently available

0:00 0:04:31 0:00

Beynəlxalq ictimiayyət Azərbaycan üçün birinci Avropa Olimpiya Oyunlarına ev sahibliyi kimi önəmli hadisənin əhəmiyyətini vurğulayaraq, eyni zamanda diqqəti ölkədə siyasi fəallar və jurnalistlərin həbsinə çəkir. Beynəlxalq təşkilatlar Azərbaycanı oyunlardan öncə həbs edilmiş vətəndaş cəmiyyəti fəalları və jurnalistləri azad etməyə çağırıb. Human Rights Watch təşkilatının nümayəndəsi Veronika Qoldston Amerikanın Səsinə müsahibədə Avropa Oyunları və Azərbaycanda insan hüquqlarının durumu, idman və siyasət haqda danışıb.

Dilşad Əliyarlı: Beynəlxalq ictimiayyət Bakıda iyunun 12-də Avropa Oyunlarının başlamasından öncə Azərbaycanı həbs edilmiş tanınmış insan haqları müdafiəçiləri və jurnalistləri azad etməyə çağırıb. Onların azad edilməsi mümkündürmü?

Veronika Qoldston: Onların azad edilməsi mümkün olmalıdır, çünki bu, Azərbaycan rəhbərliyi tərəfindən sadə siyasi bir qərar olmalıdır. Bu, Azərbaycan hökumətinin düzgün hərəkət etməsi üçün siyasi iradə məsələsidir. Onlar nə etmək lazım olduğunu bilirlər və bu, olduqca vacibdir. Avropa Şurasından tutmuş Avropa Parlamentinə, Avropa ölkələri və ABŞ hökumətinə qədər beynəlxalq ictimaiyyətin mesaj aydındır və bundan aydın ola bilməz: Azərbaycan hökumətinin vətəndaş cəmiyyətinə qarşı təqibləri və onlarla hökumət tənqidçisini heç bir başqa səbəblə deyil, vətəndaş fəallığına görə həbs etməsi yanlışdır və dayandırılmalıdır.

Dilşad Əliyarlı: Azərbaycanda idman və siyasi maraqların nə dərəcədə toqquşduğunu düşünürsünüz?

Veronika Qoldston: Azərbaycanda idman və siyasi maraqların toqquşduğunu görürük. Avropa Oyunları sanki ən yüksək səviyyədə hökumətin layihəsidir. Prezident İlham Əliyev bu oyunların baş tutmasında yaxından iştirak edib. Azərbaycan Avropa Oyunları ideyası ilə çıxış edib və idman tarixində ilk oyunlara ev sahibliyi etməsini təklif edib. Bu, Azərbaycan hökumətinin fəal şəkildə məşğul olduğu bir layihədir. Heç şübhə yoxdur ki, oyunlarda siyasi element var. Buna görə də bizim və bir çox başqalarının nəzərincə, Avropa Olimpiya Komitəsinin Azərbaycan hökumətinin xüsusilə də son 12 ayda öz tənqidçilərinə qarşı təqib kampaniyasını ünvanlanması çox mühümdür.

Dilşad Əliyarlı: Bəzi təhlilçilər Avropa liderlərinin Azərbaycanda insan haqları pozuntularına olduqca böyük dözüm göstərdiyini düşünür. Sizin təşkilatınız Azərbaycanda siyasi məhbus probleminin həlli üçün hansı işləri görməyi planlaşdırır?

Veronika Qoldston: Human Rights Watch siyasi motivlərlə həbs edilmiş bu insanların dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırıb. Biz Azərbaycanın beynəlxalq tərəfdaşlarından hər bir imkan olan kimi ən qəti şəkildə bunu etməsini istəmişik. Azərbaycanın bəzi beynəlxalq tərəfdaşları bu çağırışa cavab verib, başqaları isə daha artıq iş görə bilərdi. Mən xüsusilə Avropa İttifaqını nəzərdə tuturam. Qurum ayrı-ayrı bəyanatlarda ədalətsiz ittihamlara reaksiya verib. Məsələn, aparıcı insan hüquqları vəkili İntiqam Əliyevin, insan haqları müdafiəçisi Rəsul Cəfərova hökmün çıxarılması ilə bağlı bəyanatlar alqışlansa da, bunlar özü-özlüyündə Avropa İttifaqı və ona üzv olan ölkələrdən bizim gözlədiyimiz dərəcədə ciddi cavablar deyildi. Biz Avropa İttifaqından daha ciddi, daha aydın birgə mövqedən çıxış etməsini, Azərbaycanda baş verənlərə qətiyyətli şəkildə reaksiya verməsini istəyirik. Azərbaycanın davranışının qəbuledilməz olduğunu aydın şəkildə bildirməsini istəyirik. Tam aydın şəkildə bildirilməlidir ki,

Azərbaycanda belə təqiblər olduğu zaman əvvəlki kimi iş birliyi olmayacaq, təqiblərə son qoyulmalıdır, bu insanlar dərhal və qeyd-şərtsiz azad edilməlidir, ya da Azərbaycan Avropa İttifaqı ilə münasibətlərində konkret nəticələrlə qarşılaşacaq.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG