ABŞ-da Vətəndaş Müharibəsinin bitməsinin ildönümü anılır
Virciniyanın Appomattoks şəhərində tarix yenidən yaşandı. Əksər tarixçilər 150 il bundan öncə Vətəndaş müharibəsinin məhz burada başa çatdığını hesab edir. 1861-ci ildən 1865-ədək Şimali ştatlardan ibarət İttifaq quldarlığın qanuni olduğu Cənuba – Konfederasiyaya- qarşı döyüşüb. Konfederasiya quldarlıq daxil olmaqla bir neçə məsələyə görə İttifaqın tərkibindən ayrılmışdı.Konfederasiya qüvvələri Appomattoksda İttifaq qüvvələri tərəfindən küncə sıxışdırıldıqdan sonra, Konfederasiyanın kommandanı İttifaqın generalına təslim oldu.