Accessibility links

Manasas Milli Batlfild parkı - müharibə qurbanlarının əbədi xatirəsi

Vaşinqtonun yaxınlığında yerləşən Manasas Milli Batlfild parkı ABŞ-da Vətəndaş Müharibəsinin iki döyüşünün olduğu bir məkandır. Manasasda birinci döyüş Vətəndaş Müharibəsinin quruda olan ən böyük döyüşü olub. Bu döyüşdən sonra müəyyən olub ki, müharibə tez vaxtda bitməyəcək. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi facebook səhifəsində məlumat yayıb.

Məlumatda deyilir ki, bir ildən sonra Manasasda ikinci döyüş baş verib və nəticədə Konfederasiya generalı Robert Li qələbə qazanaraq cənubluların şimala irəliləyişini təmin edib. Vətəndaş Müharibəsinin mirasına həsr olunan məkanda yerləşən park müharibə qurbanlarının əbədi xatirəsidir.


XS
SM
MD
LG