Accessibility links

ABŞ-da Vətəndaş Müharibəsinin bitməsinin ildönümü anılır [Video]


ABŞ-da Vətəndaş Müharibəsinin bitməsinin ildönümü anılır
please wait

No media source currently available

0:00 0:03:38 0:00

ABŞ-da Vətəndaş Müharibsəinin bitməsinin ildönümü anılır

1861-ci ildən 1865-ədək Şimali ştatlardan ibarət İttifaq quldarlığın qanuni olduğu Cənuba – Konfederasiyaya- qarşı döyüşüb

Virciniyanın Appomattoks şəhərində tarix yenidən yaşandı. Əksər tarixçilər 150 il bundan öncə Vətəndaş müharibəsinin məhz burada başa çatdığını hesab edir. 1861-ci ildən 1865-ədək Şimali ştatlardan ibarət İttifaq quldarlığın qanuni olduğu Cənuba – Konfederasiyaya- qarşı döyüşüb. Konfederasiya quldarlıq daxil olmaqla bir neçə məsələyə görə İttifaqın tərkibindən ayrılmışdı.Konfederasiya qüvvələri Appomattoksda İttifaq qüvvələri tərəfindən küncə sıxışdırıldıqdan sonra, Konfederasiyanın kommandanı İttifaqın generalına təslim oldu.

Əcdadları təslim olmada iştirak edən və ya həlak olan insanlar üçün bu çox təsirlidir. Münaqişə zamanı hər iki tərəfdən nə qədər insanın həlak olduğunu və ümumiyyətlə bunun böyük bir faciə olduğunu düşünmək insanda çoxlu hiss yaradır

1865-ci ilin aprelin 9-da 700 mindən çox insanın ölümünə səbəb olan müharibə kiçik Appomattoks şəhərində başa çatdı. İndi bu şəhər tarixi parkdır. Konfederasiyanın komandiri Robert Li İttifaqın generalı Yulises Qranta təslim olanda iki əsas ordu burada qarşı qarşıya gəldi.

Konfederasiya muzeyinin Appomattoks şöbəsinin rəhbəri Ueyt Rols təslim prosesinin iki ay sürdüyünü bildirir.

“Digər ordular hələ də döyüş meydanında idilər, ona görə də Şimali Karolina və Texasdakı orduların təslim olması ya da dağıdılması zaman aldı”.

Aprelin 12-i Appomattoksda silahların təslim olma prossesinin yenidən canlandırılmasında yürüyüşdə öndə ilk İttifaq qoşunları gedirdi, daha sonra isə yorğun və əzgin Konfederasiya qoşunları. Konfederasiya əsgərləri silahları topladığı zaman iki ordu üz-üzə gəldi.

Canlandırma Konfederasiya polkovnikini oynayan Şimali Karolinalı Brüs Blakmona çox təsir edib. Onun əcdadları müharibədə iştirak edib.

“Əcdadları təslim olmada iştirak edən və ya həlak olan insanlar üçün bu çox təsirlidir. Münaqişə zamanı hər iki tərəfdən nə qədər insanın həlak olduğunu və ümumiyyətlə bunun böyük bir faciə olduğunu düşünmək insanda çoxlu hiss yaradır”.

Bu müvəqqəti İttifaq düşərgəsində, Henri Şmid müharibənin hər iki tərəf üçün nə qədər də ağır olduğunu düşünür.

“İttifaq çiynindən ağır yükün qalxdığını hiss etmiş olar. Konfederasiya üçün isə bu böyük kədər olub çünki onlar, səhv də olsa, öz amalları uğrunda mübarizə aparıblar”.

Appomattoksda qaradərili əsgərlər olub. Onlar Şimalın tərəfində döyüşən minə yaxın “rəngli” adlanan qoşunların tərkibində olub. İttifaq əsgərini canlandıran Leo Vonın Vətəndaş müharibəsində vuruşan əcdadları olub, amma onlar Konfederasiya tərəfində döyüşüblər.

“Onlar ağdərili idilər, çünki mənim ulu babam əkin sahibi idi”.

Konfederasiya düşərgəsində olan bu şəxs İttifaqın Konfederasiyaya hücum etməyə heç bir əsasının olmadığını deyir.

Baş verənlərə baxmayaraq, amerikalılar olaraq bizim bir araya gəlməyimiz bizim ən böyük nailiyyətimizdir

“Mən 1860-1865-ci illərə dönsəydim, əlimə muşket alıb vətənim uğrumda savaşardım”.

Təslim olmadan sonra Qrant çoxlu konfederasiya əsgərlərinə federal qanunlara tabe olduqları təqdirdə atlarını və soyuq silahlarını saxlamalarına icazə verdi. Blakmon bildirir ki, təhlükəsiz şəkildə evlərinə dönmələri üçün əsgərlərə kağız vəsiqələr verilmişdi.

“Onlar evə döndüklərində İttifaq qoşunları tərəfindən saxlanılsalar, bu vəsiqəni göstərib keçə bilərdilər”.

Lakin bu günədək Vətəndaş Müharibəsi cənubi ştatlarda yaşayan bir çox insan üçün yara olaraq qalır. Orada müharibə Şimali Təcavüz müharibəsi kimi tanınır. Konfederasiya əsgərini canlandıran Cənubi Karolinalı Kevin Reynolds deyir ki, çoxlu qanın tökülməsinə baxmayaraq ölkənin bir araya gəlməsi çox vacib idi.

“Baş verənlərə baxmayaraq, amerikalılar olaraq bizim bir araya gəlməyimiz bizim ən böyük nailiyyətimizdir”.

XS
SM
MD
LG