Accessibility links

Amerikalı ekspert: Azərbaycan və Ermənistan bir-birinin döyüş qabiliyyətini düzgün dəyərləndirmir [Video]


E. Wayne Merry atəşkəsin pozulmasını şərh edir
please wait

No media source currently available

0:00 0:06:41 0:00

Andromeda galaktikasi

E. Wayne Merry potensial hərbi qarşıdurmanı təhlil edir

Amerika Xarici Siyasət Şurasının aparıcı tədqiqatçısı E. Wayne Merry hesab edir ki, nə Azərbaycan, nə də Ermənistanda növbəti müharibənin necə olacağına dair real təsəvvür yoxdur. Ekspertin sözlərinə görə onlar öz qabiliyyətlərini həqiqətdə olduğundan daha güclü, qarşı tərəfinkini isə olduqca zəif görürlər. Cənab Merry habelə Azərbaycan hökumətinin onun ölkəyə gəlişinə qoyduğu qadağanı dəyərləndirib.

Sual: Cənab Merri, son həftələrdə Azərbaycan və Ermənistan hərbi qüvvələri arasındakı təmas xəttində toqquşmalar intensivləşib. Bu növ toqquşmalar keçmişdə də olub. Bu dəfə baş verənlər fərqlidirmi? Narahatlığa əsas varmı?

Cavab: Təbii ki, Dağlıq Qarabağ, işğal edilmiş ərazilər ətrafındakı həssas təmas xətlərində atışmaların baş verməsi həmişə narahatlığa əsas verir. Bu dəfənin fərqli olduğunu deyə bilmərəm. Bu məsələdə mən azacıq sinik oluram Keçmişdə Azərbaycan və Ermənistan rəhbərliyi arasında görüşlər planlaşdırılanda, yaxud diplomatik proqresə işarələr seziləndə təmas xəttində atışmalar baş verib. Fikrimcə diplomatlar artıq buna adət ediblər. Ümid edirəm ki, bu toqquşmalar bir sözlə desək mütəmadi xarakter daşıyır. Mən bu sözü işlətməyi xoşlamıram. Belə ki, hər dəfə atəşkəs pozulanda təkcə gənc əsgər deyil, mülki vətəndaşlar da həyatlarını itirir, yaxud yaralanırlar. Buna isə bəraət qazandırıla bilməz.

Sual: Siz Cənubi Qafqazda təhlükəsizliyə dair çox yazmısınız. Azərbaycan və Ermənistan silahlı qüvvələriin döyüş qabiliyyətlərini dəyərləndirmisizniz. Sizcə Azərbaycan və Ermənistan arasında növbəti müharibə necə görünərdi?

Cavab: Əlbəttə ki, bu, 20 il əvvəlki müharibəyə oxşamazdı. O müharibə əsasən piyada qüvvələrinə əsaslanırdı. Bir az zirehli texnika, artilleriya və hava qüvvələrindən istifadə olunmuşdui. Bu dəfəki müharibə intensiv sursat müharibəsi ola bilər. Hər iki
Keçmişdə Azərbaycan və Ermənistan rəhbərliyi arasında görüşlər planlaşdırılanda, yaxud diplomatik proqresə işarələr seziləndə təmas xəttində atışmalar baş verib. Fikrimcə diplomatlar artıq buna adət ediblər.
tərəfdə nəhəng yüksək texnologiyalı sursat ehtiyatları cəmləşib. Hər iki tərəf piyadalara qənaət etmək üçün bir-birlərini uzaqdan vurmağa çalışacaqlar. Amma piyadaları işə salmadan döyüşü bitirmək çətindir. Ona görə də əsl sual bu olacaq ki, tərəflər yeni müharibədə hansı məqsədə nail olmağa can atacaqlar. Mümkündürmi ki, onlar bir–birlərinə bomba atmaqla xarici qüdrətlərin məsələyə qarışmasına ümid edəcəklər? Yoxsa, bir tərəf çalışacaq ki, müharibəni hərbi sonluğa çatdırsın. Müharibəni udmaq üçün konflikti eskalasiya etdirməyə ehtiyac yarana bilər. Bu da ki, qarşı tərəfin ərazisini tutmağı, cəbhə xəttini keçməyi ehtiva edə bilər. Mümkündür ki, bir tərəf o biri tərəfə külli miqdarda mülki vətəndaş itikisinə nail olmağa can atsın, və belə bir addım adekvat cavab tədbirləri ilə müşayiət oluna bilər. Müharibə tez bir zamanda tamamilə nəzarətdən çıxa bilər. Bu gün tərəflərdə olan hərbi sursatın həcmi və keyfiyyəti kifayət qədər qanlı və destruktiv münaqişə üçün zəmin yaradır. Mən bunun həlledici qarşıdurma olacağına şübhə edirəm İstənilən müharibədə olduğu kimi, bu növ müharibənin hansı istiqamət ala biləcəyini proqnozlaşdırmaq çətin olardı. Hər iki tərəfdə öz hərbi imkanları haqda şişirdilmiş təsəvvür var. Münaqişə hər iki tərəf üçün böyük məğlubiyyətlə nəticələnə bilər. Bu, real perspektivdir.

Sual: Deyilənə görə millətlər adətən sonuncu müharibədən səhv dərslər öyrənir. Sizcə Azərbaycan və Ermənistan ictimaiyyətlərində növbəti müharibənin, sizi təsvir etdiyiniz müharibənin mahiyyətinə dair real təsəvvür varmı?

Cavab: Xeyr. Ələlxüsus erməni tərəfdə gözlənti budur ki, yeni müharibə cəld, asan və ucuz qələbə ilə başa çatacaq. Zənnimcə erməni tərəfi Azərbaycanın hərbi imkanlarını olduğundan xeyli zəif görür. Mən Azərbaycandakı ictimai fikirlə yaxından
stənilən müharibədə olduğu kimi, bu növ müharibənin hansı istiqamət ala biləcəyini proqnozlaşdırmaq çətin olardı. Hər iki tərəfdə öz hərbi imkanları haqda şişirdilmiş təsəvvür var. Münaqişə hər iki tərəf üçün böyük məğlubiyyətlə nəticələnə bilər.
tanış deyiləm. Amma güman edirəm ki, Azərbaycanın siyasi rəhbrəliyini yeni texnologiyaya və müasir silahlara xərclədiyi pul arxayınlaşdırıb. Mən onları xəbərdar edərdim ki, yüksək texnologiyalı silahlar hələ hərbi qabiliyyət demək deyil. Zənnimcə Azərbaycan rəhbərliyi öz hərbi imkanlarını, ordunun müharibədə necə savaşacağını reallıqda olduğundan daha yüksək qiymətləndirir. Amma Ermənistan tərəfi Azərbacyan silahlı qüvvələrində baş verən təkmilləşməni qətiyyən düzgün dəyərləndirmir.

Sual: Siz Dağlıq Qarabağa səfər etdikdən sonra Azərbaycan hökumətinin qara siyahısına düşmüsünüz. Və hazırda Azərbaycana gedişinizə qadağa qoyulub. Bu barədə nə demək istərdiniz?

Cavab: Hər bir hökumətin xarici vətəndaşın ölkəyə gəlişinə qadağa qoyması onun suveren hüququdur. Hesab edirəm ki, bu Azərbaycanın maraqları üçün qeyri-müdrik siyasətdir. Bu siyahıda artıq 380-ə yaxın ABŞ, Avropa və Rusiya vətəndaşlarının adları yer alıb. Bunların arasında sənət adamları da var. Mən təklif edərdim ki, hər dəfə xarici vətəndaş Daqlıq Qarabağa gedəndə rəsmi Bakı dərhal ictimai şəkildə
Ermənilər hesab edirlər ki, Azərbaycanın bu siyasəti əladır. Onlar Bakıya gülürlər, çünki bu, Azərbaycanı təcrid edir və Ermənistana təbliğatını gücləndirmək imkanı yaradır.
həmin adamı Azərbaycana dəvət etsin. Onu ictimai şəkildə vəziyyətə Azərbaycan tərəfdən nəzər salmağa dəvət etsin. Azərbaycan bu növ adamlarla təmas qurmalı, onlarla işləməlidir. Əgər həmin adam Azərbaycana səfər etməkdən imtina edirsə, onda onu siyahıya salmağın mənası ola bilər. Amma Azərbaycanın ermənilərlə təmasa girən adamlarla əlaqə qurmaqdan imtina etməsi sadəcə Azərbaycanı təcrid edir.

Mən sizə bir şeyi deyim: Ermənilər hesab edirlər ki, Azərbaycanın bu siyasəti əladır. Onlar Bakıya gülürlər, çünki bu, Azərbaycanı təcrid edir və Ermənistana təbliğatını gücləndirmək imkanı yaradır. Bu, doğrudan da yaxşı siyasət deyil. Mən 30 il Azərbaycana gedib-gəlmişəm. İndi elə gətirib ki, bu qadağa ucbatından Mən Ermənistana üç dəfə sərəfr etmişəm, amma Azərbaycana bir dəfə də gedə bilməmişəm. Mən bu siyasətin Azərbaycana nə cür fayda verdiyini görmürəm.
XS
SM
MD
LG