Accessibility links

Vicdan məhbuslarından bir nəfəri azadlığa çıxıb

Vicdan məhbuslarından bir nəfəri azadlığa çıxıb
Vicdan məhbuslarından bir nəfəri azadlığa çıxıb

O hepatit C-dən əziyyət çəkir

Ictimai Palatanın 2011-ci il aprelin 2-də keçirdiyi mitinqi ilə bağlı məhkum olunmuşlardan biri, Müsavat Partiyasının üzvü Elşən Həsənov fevralın 22-də vaxtından əvvəl şərti azadlığa buraxılıb. Cənab Həsənov ictimai asayişin pozulmasında ittiham olunaraq 2 il müddətinə azadlıqdan məhrum edilmişdi. Sonradan Apellyasiya Məhkəməsi bu müddəti 1 ilədək azaldıb.

Hüquq müdafiəçisi Eynulla Fətullayev bildirib ki, E.Həsənov hepatit C-dən əziyyət çəkib. Onun azadlığa çıxmasına bir aydan bir qədər çox vaxt qalırdı. Hüquq müdafiəçisi ümidvar olduğunu bildirib ki, 2 aprel mitinqi ilə əlaqədar məhkum edilənlər və digər siyasi məhbuslar tezliklə azadlığa buraxılacaq.

Hazırda beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən vicdan məhbusu kimi tanınan 15 nəfər həbsdədir.

This item is part of
XS
SM
MD
LG