Accessibility links

Dövlət Departamentindən Xocalı açıqlaması


ABŞ Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland Dağlıq Qarabağ münaqişəsinin sülh ilə həllinin vacibliyini bir daha vurğulayıb. Amerikanın Səsinin (www.amerikaninsesi.org) Dövlət Departamentindəki müxbirinin verdiyi məlumata görə, brifinq zamanı Xocalı faciəsi ilə bağlı açıqlama verən Viktoriya Nuland ABŞ-ın Minsk Qrupunun həmsədri kimi münaqişənin həlli istiqamətində səyləri davam etdirmək işinə sadiq qaldığını bir daha dilə gətirib.

Viktoriya Nuland Xocalı açıqlaması
please wait

No media source currently available

0:00 0:00:31 0:00
Direct link


“Ermənistan və Azərbaycan arasında müharibədə insanların faciəli şəkildə həyatını itirməsi bizə bir daha Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həll ola bilməcəyini xatırladır. Münaqişənin yalnız sülh yolu ilə davamlı həlli regiona sabitlik, tərəqqi və əmin-amanlıq gətirə bilər. Minsk Qrupunun həmsədri kimi biz tərəflərlə bu istiqamətdə işi davam etdirməyə sadiq qalırıq və bu gün və hər zaman bunu bir daha xatırlayırıq” –deyə Viktoriya Nuland bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG