Accessibility links

Viktoriya Nuland dövlət katibinin siyasi məsələlər üzrə müavini vəzifəsini tərk edir


Dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland
Dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland

ABŞ Dövlət Departamentinin yüksək vəzifəli diplomatlarından biri olan Viktoriya Nuland yaxın həftələrdə dövlət katibinin siyasi məsələlər üzrə müavini vəzifəsini tərk edərək təqaüdə çıxmaq niyyətindədir.

Bu barədə çərşənbə axşamı ABŞ dövlət katibi Antoni Blinken bildirib.

"O, prezident Baydenin diplomatiyanı xarici siyasətimizin mərkəzinə qaytarmaq, ölkəmiz və dünya üçün kritik bir anda Amerikanın qlobal liderliyini yeniləmək öhdəliyini təcəssüm etdirir. Toriya altı prezident və on dövlət katibi ilə otuz beş il dövlətı xidmət göstərib", Blinken deyib.

Dövlət katibi Nulandın ABŞ-ın Ukrayna ilə bağlı siyasətinin həyata keçirilməsində və Rusiyanın bu ölkəyə genişmiqyaslı təcavüzünə müqavimət göstərməsində liderlik rolunu, Rusiya prezidenti Vladimir Putinin planlarının strateji məğlubiyyətini təmin etmək üçün qlobal koalisiyanın yaradılması və Ukraynaya yardım göstərmək səylərini vurğulayıb.

Blinken deyib ki, Nulandın varisi təsdiqlənənə qədər prezident Co Baydenlə birlikdə dövlət katibinin idarəetmə məsələləri üzrə müavini Con Bassa siyasi məsələlər üzrə müavin vəzifəsini icra etməsi üçün müraciət ediblər.

Forum

XS
SM
MD
LG