Accessibility links

“Viking Sky” kruiz gəmisindən evakuasiya davam edir


Norveç sahillərində “Viking Sky” kruiz gəmisindən sərnişinlərin evakuasiyası davam edir. Fırtına nəticəsində hərəkətsiz qalan gəmi SOS-fəlakət siqnalı verib.

Gəmi mühərrikləri dayanarkən sahildən bir neçə kilometr aralıda-hərəkət üçün ən təhlükəli yerlərdən birində imiş.

Gəmidə ümumilikdə 915 sərnişin və 450-dən çox heyət üzvü var. Turistlərin əksəriyyəti ABŞ, Kanada, britaniya, yeni Zelandiya və Avstraliya vətəndaşlarıdır.

İnternetdə gəminin göyərtəsindən video görüntü yayılıb.

Onu Tvitterdə sərnişinlərdən biri-yazıçı və LGBT fəalı Aleksus Şeppard yayıb.

Görüntüdə gəminin yırğalandığı və içəridəki əşyaların ora-bura sürüşdüyü, tavanın dağıldığı görsənir.

Xilasedici əməliyyata vertolyotlar cəlb edilib. İndiyədək 479 sərnişinin evakuasiya olunduğu bildirilir. 20 nəfər müxtəlif xəsarətlərlə xəstəxanalara çatdırılıb.

“Viking Sky gəmisinə” qoşqu gəmisi yan alıb.

Son məlumata görə, gəminin 4 mühərrikindən 3-nü işə salmaq mümkün olub və hazırda gəmi yaxınlıqdakı limana doğru hərəkət edir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG