Kiyevin Obolon rayon məhkəməsi Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçə qarşı hökm çıxarıb. Məhkəmə onun dövlətə xəyanət və Rusiyanın Krımı ilhaq etməsinə yardım etməkdə təqsirli tanıyıb. Yanukoviç 13 il müddətinə azadlıqdan məhrum edilib.
Yanukoviçin özü məhkəmə iclaslarında iştirak etmir. 112.ua. televiziya kanalının verdiyi məlumata görə, onun hüquqşünası Yanukoviçin keçirdiyi əməliyyatdan sonra reabilitasiya olunduğunu bildirib.
Yanukoviç 2014-cü ildə Kiyevdə prezidenti Avropa İttifaqı ilə birləşmə razılığına əməl etməyə çağıran etirazçılara qarşı ölümcül təqiblərdən sonra gərinliyin artması nəticəsində Ukraynadan qaçıb.
Kreml Yanukoviçin tələbini Krım yarımadasını ilhaq etmək üçün qanuni əsas olaraq göstərib.
Rusiya nümayəndəsi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2014-cü ilin martın 1-də baş tutan iclasında Yanukoviçin Rusiya qoşunlarını Ukraynaya göndərmək tələbini oxuyub.
Yanukoviç daha sonra hərbi dəstək istəmək üçün Putinə məktub göndərdiyini deyib, lakin bu məktubun Rusiya qoşunlarının Ukrayna ərazisinə ayaq basmaları üçün rəsmi dəvət olmadığını iddia edib.
Yanukoviç ona qarşı açılmış cinayət işini fars hesab edir.