Accessibility links

Viktor Yanukoviç məzuniyyətdən işə qayıdıb


Ukraynada müxalifət liderləri prezidentin səlahiyyətlərini məhdudlaşdıran Konstitusiya dəyişikliyinə çalışdığı bir vaxt prezident Viktor Yanukoviç 4 günlük xəstəlik məzuniyyətindən sonra bu gün işə qayıdıb.

Müxalifət istəyir ki, prezidentin səlahiyyətini məhdudlaşdıraraq hökumətin təşkilində parlamentə daha çox səlahiyyət verən Konstitusiya dəyişikliyini bərpa etsin. Bu dəyişiklik 2004-cü ildə qüvvəyə minsə də, daha sonra Konstitusiya məhkəməsi onu ləğv etmişdi.

Müxalifət lideri Arseniy Yatsenyuk deyib ki, 2004-cü ildəki Konstitusiyanın bərpası prezidentin diktatorial gücünə son qoyacaq.

Ukrayna parlamentinin bu təklif sabah müzakirə edəcəyi gözlənilir. Bununla yanaşı, müxalifət hökumət əleyhinə etirazlar zamanı həbs edilən nümayişçilərin qeyd-şərtsiz əfv olunmasını tələb edir.

Bazar günü Kiyevdə təxminən 300 min hökumət əleyhdarı nümayişçi prezidentin istefası tələbilə küçələrə çıxıb. Bu, Yanukoviç hökumətinə qarşı etirazların başladığı iki ay ərzində ön böyük nümayişlərdən biridir.

Cənab Yanukoviç baş nazirin istefasını qəbul edib və etirazçıların qəzəbinə səbəb olmuş nümayişlər əleyhinə mübahisəli qanunu ləğv edib. Lakin nümayişçilər cənab Yanukoviçin istefası da daxil olmaqla, daha ciddi güzəştlər tələb edir.
XS
SM
MD
LG