Accessibility links

Londonda Viktoriya Bekhamın mağazası açılıb


Çoxları üçün gözlənilən an gəlib çatdı. Londonun Dover küçəsində Viktoriya Bekhamın mağazası açılıb.

Viktoriyanın özü mağazanın açılışında iştirak etməsə də, Deyvid Bekham həyat yoldaşını dəstəkləmək üçün orada idi.

Viktorianın özünə gəldikdə isə Spice Girl Nyu-Yorkda olub. Amma London moda həftəsində Dover küçəsinə bir neçə dəfə gedərkən müğənni mərasimin uğurlu keçməsi üçün bütün tədbirləri əvvəlcədən görüb.

Mağazaya gəldikdə isə bura olduqca təvazökarcasına dizayn edilib və cəmi bir giriş qapısı var. Pərəstişkarlar bu mağazaya daxil olmaq üçün səbirsizliklə gözləyirdi. Amma onlar ciblərini geniş açmalıdır. Belə ki, Viktoriyanın dizayn etdiyi paltarlar ucuz deyil.

XS
SM
MD
LG