Accessibility links

ABŞ dövlət katibinin müavini Bakıya gəlib


Səfir Robert Sekuta dövlət katibinin müavini Viktoriya Nulandı qarşılayır (Foto ABŞ səfirliyinin Facebook səhifəsindən götürülüb)
Səfir Robert Sekuta dövlət katibinin müavini Viktoriya Nulandı qarşılayır (Foto ABŞ səfirliyinin Facebook səhifəsindən götürülüb)

ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə müavini Viktoriya Nuland regiona səfər çərçivəsində Bakıya gəlib.

Onu Bakı hava limanında ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta qarşılayıb.

ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatına görə, xanım Nuland yüksək vəzifəli hökumət rəsmiləri ilə ticarət və investisiya, enerji şaxələndirilməsi, təhlükəsizlik və terrorla mübarizə, demokratiya və vətəndaş cəmiyyəti, ikitərəfli əlaqələrin möhkəmləndirilməsi məqsədləri ilə görüşmək, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ədalətli və uzunmüddətli həlli istiqamətində irəliləyişlərin müzakirəsi üçün Bakıdadır. O, həmçinin vətəndaş cəmiyyəti qrupları nümayəndələri ilə görüşəcək.

V. Nuland fevralın 17-də Tbilisiyə, fevralın 18-də isə İrəvana səfər edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Slovakiyada baş nazir Fitsoya atəş açılıb, vəziyyəti ağırdır
please wait

No media source currently available

0:00 0:11:06 0:00
XS
SM
MD
LG