Accessibility links

Villiyam Gill Naxçıvana səfər edib


Villiyam Gill Naxçıvana səfər edib
Villiyam Gill Naxçıvana səfər edib

ABŞ-ın Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Villiyam Gill noyabrın 29-da və 30-da Naxçıvanda səfərdə olub.

Səfirliyin mətbuat üçün açıqlamasında deyilir ki, Villiyam Gill Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov, Dövlət Energetika Xidmətinin başçısı Namiq Paşayev, ombudsman Ülkər Bayramova, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Cavid Səfərovla görüşüb.

Müvəqqəti işlər vəkilinin səfəri əlilliyi olan insanların cəmiyyətə inteqrasıyası, energetika və iqtisadiyyat sahələrində tərəfdaşlıq kimi prioritetlərin müzakirəsi olub.

Noyabrın 29-da ABŞ-ın Bakıdaki Səfirliyi ƏSA Teatrının səhnələşdirdiyi “İnsanlar və Siçanlar” tamaşasının Naxçıvan Musiqili Teatrında ifasını maliyyələşdirib. Teatr tamaşanı Əlilliyi Olan Insanların Beynəlxalq Günündə nümayiş etdirib.

Noyabrın 30-da Gill əlil insanlar üçün nəzərdə tutulan Naxçıvan Regional Bərpa Mərkəzində olub, mərkəzin göstərdiyi xidmətlərlə tanış olub.

XS
SM
MD
LG