Accessibility links

Vilyam və Keyt Pakistana səfər edib


İngiltərə Şahzadəsi Vilyam və həyat yoldaşı Keyt iki xalq arasında "tarixi əlaqələrə hörmət əlaməti olacaq" ilk rəsmi səfəri ilə bazar ertəsi Pakistana gedib.

Kembric hersoqu və hersoqiniyası Vilyam və Keytin gəlişi münasibətilə paytaxt İslamabad yaxınlığındakı Nur Xan Hava Qüvvələrində güclü təhlükəsizlik tədbirləri görülüb, onlar qırmızı xalça ilə qarşılanıb.

Cütlük çərşənbə axşamı mərkəzi İslamabaddakı məktəbə baş çəkərək, müəllimlərlə görüşüb və məktəb fəaliyyətləri zamanı uşaqlarla birlikdə vaxt keçirib.

Bu Vilyam və Keytin Kornval və Vels şahzadələri Vilyamın atası Çarlz və ögey anası Kamillanın 2006-cı ildə ölkəyə səfərindən sonra Pakistana ilk səfərləridir.

Hersoq və hersoqinya Pakistanın baş naziri İmran Xan və yüksək səviyyəli mülki şəxslərlə, habelə hərbi rəhbərlərlə görüşərək, şərqdəki tarixi Lahor şəhərinə, şimaldakı dağlıq kəndlərə və qərbdəki dərə-təpəli sərhəd bölgələrinə səfər edəcək.

XS
SM
MD
LG