Accessibility links

Tarixi Vilyamsburq Milad əhval-ruhiyyəsi yaşayır


Tarixi Vilyamsburq Milad əhval-ruhiyyəsi yaşayır
please wait

No media source currently available

0:00 0:02:31 0:00

Özünün köhnə və təzə ənənələri ilə Vircinya ştatının tarixi Vilyamsburq şəhəri Milad bayramı əhval-ruhiyyəsi yaşayır. 70-ci illərdə fəaliyyətə başlayan “Buş Qardens” əyləncə parkının yaxınlığında yerləşən bu şəhərin tarixi 16-cı yüzilliyə gedib çıxır. Hər iki yer fərqli, lakin bənzərsiz bayram dekorasiyaları ilə bəzədilib və bu, Vilyamsburqu Milad mövsümündə ziyarət etmək üçün ABŞ-ın ən gözəl yerlərindən birinə çevirib.

Milad Virciniya şatatının koloniya dövrünə aid Vilyamsburq şəhərinə musiqi sədaları və bayram əhvali-ruhiyyəsi ilə gəlib. Yaxınlıqdakı “Buş Qardens” Milad şəhərciyinin də göz oxşayan işıqları bu alman kəndini işıqlara qərq edir. Milad bayramı mövsümündə bu park 11 milyon işıqla bəzədilərək, Şimali Amerikanın ən böyük qış möcüzəsinə çevrilir.

Ana ilə qızı buranın sehrli bir şəhər olduğunu deyir. “Hər şey işıqlanır, parıldayır və səni xoşbəxt edir” deyə, ana bildirir. Qızı isə “Həqiqətən gözəl və əyləncəlidir. Çox iş görülüb. Qatara baxın, işıqlara baxın, doğrudan da gözəldir” deyir.

Bu ziyarətçi isə köhnə Avropa kəndlərinin Milad şəhərciyinə çevrilməsindən zövq alır. Keyt Viters: “Fərqli mədəniyyətlər olmasına baxmayaraq, siz özünüzü orada hiss edirsiniz, müxtəlif arxitektura və yeməklər də daxil olmaqla.”

Bu İrlandiya pivəxanasında ziyarətçilər “stout” adlanan qara pivənin dadına baxır. Qədim alman kəndindəki bu dükan isə ziyarətçiləri özünün zəncəfil çörəyinin ətri ilə cəlb edir.

Vilyamsburq da özünü başqa bir yerdə və başqa bir zamanda hiss edir. Vilyamsburq 1699-cu ildə Virciniya koloniyasının paytaxtı olub. XVIII əsrin bəzi tikililəri bərpa edilib, bəziləri isə təməllərindən sökülərək, yenidən qurulub. Bu gün bu qəsəbə canlı tarixi bir muzeydir.

Əvvəlllər Milad bayramı bu günlə müqayisədə koloniya dövründəki Vilyamsburqda olduğunan daha sadə şəkildə keçirilirdi. Vilyamsburq İncəsənət Muzeyinin işçisi Laura Viyankor: “Miladı əsasən kilsəyə getmək, şənlik və rəqslə qeyd edər, pəncərələri isə həmişəyaşıl budaqlarla bəzəyərdilər.”

1842-ci ildə Vilyamsburq ilk yolka bəzədilən kolonial şəhər olub. Kristina Vestenberger: “Kiçik bir masaya qoyulmuş qoz ağacı zərli qırmızı rənglərə boyanmış fındıqlarla bəzədilir və şamlarla işıqlandırılırdı.”

Bu gün isə Xalq Sənəti Muzeyindəki yolka 2 minə qədər əl işi ilə bəzədilib.

XS
SM
MD
LG