2007-ci ildə hücuma məruz qalan Virciniyanın Texniki universiteti bu gün bağlanmalı olub. Buna silahlı şəxs gördükləri barədə 3 gəncin iddiası səbəb olub. Bundan sonra polis və təhlükəsizlik qüvvələri axtarışa başlayıb.Universitet rəsmiləri hər kəsin içəridə qalmasına göstəriş verib . 3 saat sonra polisin heç kimi aşkar etməməsi barədə məlumatına baxmayaraq, universitet bağlı qalıb. Universitet sözçüsünün bildirdiyinə görə,2007-ci ildə 32 adamın ölümü ilə nəticlənən hücumdan sonra ehtiyatlı olmaq vacibdir.
Virciniyanın Texniki universiteti bu gün bağlanmalı olub
- Amerikanın səsi
![Virciniyanın Texniki universiteti bu gün bağlanmalı olub](https://gdb.voanews.com/fd8c05a0-8fac-4f0c-9fb5-5c047f87ab71_w250_r1_s.jpg)