Accessibility links

Uhanda ilişib qalan virciniyalı şagird dərslərinə necə qatılır


Uhanda ilişib qalan virciniyalı şagird dərslərinə necə qatılır
please wait

No media source currently available

0:00 0:03:09 0:00

Koronavirusun episentri olan Çinin Uhan şəhərində ilişib qalan 11 milyon insandan biri də virciniyalı tələbə Kristin Şiaodur. O, Çin Yeni İli bayramı zamanı Uhanda ailəsini ziyərət etmək üçün getdiyi vaxtdan bəri orada qalıb. İndi onun məktəbi Kristinə kömək üçün addımlar atır.

Virciniya ştatının Sprinqfild şəhərində yerləşən məktəbdə şagirdlər logaritmik tənlikləri həll etməyə çalışır.

İlk baxışdan bura Amerikadakı hər hansı bir sinif otağına bənzəyir.

Lakin diqqətlə baxdıqda görünür ki, burada müəllimin hərəkətlərini izləyən və ştativin üstündə quraşdırılmış bir iPad var. Bu texnologiya hazırda Çində koronavirusun episentri olan Uhan şəhərindəki Kristin Şiaoya uzaq məsafədən öz sinfinə qoşulmağa imkan yaradır.

Kristin Xiao Çin Yeni ilini qeyd etmək üçün Çinin Hubey vilayətində yerləşən Uhan şəhərindəki ailəsini ziyarət edib. Hazırda bütün şəhər yeni virusun yayılması səbəbilə karantin altındığı və şəhərə giriş-çıxış qadağan edildiyi üçün Kristinin Virciniyadakı məktəbinə geri dönmək planları qeyri-müəyyən müddətə təxirə salınıb.

Bu səbədən də Kristin Uhan vaxtı ilə axşam saat 9-dan gecə yarısına qədər onlayn olaraq olaraq dərslərinə qatılır.

"Uhandakı bu hadisə mənə təhsilimlə bağlı çox təzyiq göstərir. Mən artıq 11-ci sinifdəyəm. Buna görə hazırda çox gərgin bir vaxtdayam".

Məktəb tədris idarəsinin rəhbəri bildirir ki, məhz bu məqamda texnologiya onların köməyinə çatır.

"Biz məktəb olaraq şagirdimizin Çində ikən belə öyrənməsini asanlaşdıracaq bir imkan axtarırdıq ki, onun evdə oturub, heç bir şeylə məşğul olmasının qarşısını alaq. Biz onun məktəbin bir hissəsi olmasını istəyirdik. Beləliklə biz fikir mübadiləsi apardıq və nəticədə Swivl adlı cihaz vasitəsi ilə bir sistem yaratdıq. Bu sistem şagirdə internet vasitəsi ilə sinif otağı ilə canlı bağlantı yaratmağa imkan verir."

Kristin bu yaxınlarda məktəbinə Uhandakı xəstəxanalara lazımlı tibbi yardım göndərilməsini xahiş edən video mesaj göndərib. Onun şagird dostları və müəllim heyəti cəld hərəkət edərək cəmi bir həftə ərzində 30.000 dollar yardım toplayıb.

"Mən qəlbimin onlarla olduğunu göstərmək istədim, çünki onların nələr yaşadığını bilmirəm. Onların hansı hisslər keçridiyini bilmirəm. Və hazırda belə görürəm ki, Çində vəziyyət çox qorxuncdur. İnsanlara evlərini tərk etmələrinə icazə verilmir. Bu elə bir təcrübədir ki, biz burada, Amerikada bununla rastlaşmırıq."

"Artıq tamamilə aydındır ki, bu xəstəlik təkcə dünyanın bir hissəsinə təsir edən məsələ deyil. Bu koronavirus hər kəsi narahat edən bir məsələdir və biz bacardıqca kömək göstərməliyik".

Məktəb Uhana yardım göndərmək üçün Macarıstan Baptist Yardım adlı beynəlxalq qurumla işləyir. Səlahiyyətlilər yaxın 10 gün ərzində Uhan Mərkəzi Xəstəxanasına və Hubey Uşaq Tibb Mərkəzinə xüsusi tənəffüs maskaları və təmassız termometrlər göndərəcəklərini söyləyir.

Şagirdlər və valideynlər ümid edir ki, onların göndərdikləri yardım Uhanda ehtiyac duyulan tibbi ləvazimatların əldə olunmasına kömək edəcək.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG