Accessibility links

Virtual reallıq laboratoriyası [Video]


Virtual reallıq laboratoriyası
please wait

No media source currently available

0:00 0:01:49 0:00

Merilend Universitetinin Auqmentarium adlanan laboratoriyasının kompyuter üzrə mütəxəssisləri və Şok Travma Mərkəzinin həkimləri virtual reallığı real dünya ilə qarışdıraraq Auqmented reallıq adlanan metod ərsəyə gətiriblər.

Döyüş ərazilərində əsgərlər xüsusi eynək geyinərək gözlərini hadisə yerindən ayırmadan lazımı məlumatları əldə edə biləcəklər.

Eyni texnologiyadan cərrahlarda istifadə edə bilər.

Sarah Murti: “mən təcrübəni bura qoyuram, bu tərəfdəki ekrana baxmalıyam və xəstəyə nəzarət edən ekran isə bu tərəfdə. Bu halda mən xəstəni görə bilmirəm. Ancaq təsəvvür edin, əgər siz bu eynəkləri geyinsəniz, mən sizə baxa-baxa xəstənin ürəyini də görə bilərəm. Bu bizim işi sürətləndirir.”

Fərqli kameralardan gələn görüntüləri virtual reallıqla birləşdirmək təhlükəsizlik işçilərinə də fərqli yerlərə eyni zamanda nəzarət imkanları bilər.

Amitab Varşney: “Ictimai təhlükəsizlik rəsmiləri özlərini virtual olaraq bir kampusun bir hissəsindən digər hissəsinə transfer edərək təcili vəziyyətlərə dərhal müdaxilə edə bilər”.

Tədqiqatçılar virtual reallıq eynəklərinin böyük olması ilə razılaşır. Lakin onlar bildirir ki, ilk çıxan smartfonlar da böyük, batareyaları qısa ömürlü və həssas ekransız olub.

Amitab Varşney: “Smartfonlar getdikçə kiçilib, daha rahat daşına bilir və bütün sosial media smartfondan idarə oluna bilər. Biz inanırıq ki, virtual eynəklərin ölçüsü də zamanla dəyişəcək.”

Alimlər deyir ki, kiçik maliyyə dəstəyi ilə bu texnologiya 3-5 il ərzində gün işığına çıxa bilər.

XS
SM
MD
LG