Accessibility links

Birləşmiş Ərəb Əmirlikləri 4 çinli turistdə virus olduğunu təsdiqləyib


Yaxın Şərqdə ilk dəfə olaraq, çərşənbə günü Birləşmiş Ərəb Əmirliklərində turist olan dörd nəfərdən ibarət bir çinli ailədə yeni virusa bənzər simptomlar aşkar edilib. Əmirlikdən olan həkim onlarda ilk simptomların ailənin ölkədə bir həftə qaldıqdan sonra aşkar edildiyini deyib.

Birləşmiş Ərəb Əmirliklərinin Səhiyyə və Profilaktika nazirinin müavininin köməkçisi Hüseyin Əl-Rand Associated Press agentliyinə panika üçün heç bir səbəbin olmadığını desə də, Əmirlik rəsmilərinin Dubay və Əbu Dabi da daxil edilməklə, yeddi əmirlikdən ibarət ölkəyə səfər edən ailənin ilk gündən atdığı addımların nəzərdən keçirildiyini etiraf edib.

“Onların vəziyyətləri sabitdir, bütün tədbirləri görülür. Mən xalqa müraciət editəm:Təşvişə düşməyin, Birləşmiş Ərəb Əmirliklərində sağlamlıqla bağlı vəziyyəti təhlükəsizdir.''

Doktor Rand çinli ailədəki xəstələrin nənə, onun qızı, qızının əri və onların 9 yaşlı qızından ibarət olduğunu bildirib.

O, ailənin xəstəliyin episentri olan Vuhandan Birləşmiş Ərəb Əmirliklərinə yanvarın 16-sı gəldiklərini desə də, ailənin uçduğu hava limanının və gəldikləri hava limanının adını çəkməkdən imtina edib. Qlobal hava səyahətləri mərkəzi olan Birləşmiş Ərəb Əmirliklərində Etihad və Emirates hava yolları şirkətləri fəaliyyət göstərir. Əl-Rand həmçinin ailənin səfər zamanı hansı şəhərləri ziyarət etdiyini də deməkdən imtina edib.

Yanvarın 23-dən başlayaraq, Əbu-Dabinin hava limanında və dünyanın ən böyük Dubay Beynəlxalq Hava Limanında Çindən gələn bütün reyslərin sərnişinləri və ekipaj heyəti tibbi müalinədən keçir. Çin virusun yayılmasının qarşısını alamq üçün Vuhanın hava və şəhərdəki digər nəqliyyat vasitələrini bağlayıb. O vaxtdan bəri 50 milyondan çox əhalisi olan 17 şəhər bağlanıb.

XS
SM
MD
LG