Accessibility links

VISA barmaq izi ilə çalışan kardları sınaqdan keçirir [Video]


VISA barmaq izi ilə çalışan kardları sınaqdan keçirir
please wait

No media source currently available

0:00 0:02:19 0:00

Barmaq izləri ilə qapıları, telefon kodlarını və başqa bir çox şeyi açmaq olur. Bəs görəsən istehlakçılar barmaq izləri ilə ödəniş etməyə hazırdır mı? Visa şirkəti bunun belə olduğunu düşünür. Bir çox şirkət biometriyanı, yəni insanın bioloji xüsusiyyətlərinə əsasən kimliyinin müəyyən edilməsini araşdırır. Lakin bu texnologiyanın təhlükəsizliyi ilə bağlı hələ də bəzi narahatlıqlar var.

Barmaq izləri telefonun kodunu açmaqdan tutmuş, yeni ölkəyə daxil ola bilmək üçün bir çox yerdə istifadə olunur.

Kard sizin biometrik barmaq izinizdən isitfadə edir. Barmaq izi unikal olduğu üçün yalnız həmin kardın sahibi tərəfindən aktivləşdirilə bilər.
Mett Smit

İndi isə Visa şirkəti istehlakçılara barmaq izlərindən istifadə edərək ödəniş etmələrinə imkan yaradır.

“Biometrik kardlarımız sayəsində kağız və imzalar barmaq izləri ilə əvəz oluna bilər,” deyə Visa şirkətinin platroma strategiyasının vitse-prezidenti Mett Smit bildirir.

Şirkət içinə barmaq izlərini oxuyan çip yerləşdirilmiş kardları sınaqdan keçirir.

Ödəniş zamanı istifadəçinin barmaq izləri daha öncə qeydə alınan barmaq izləri ilə müqayisə edilir.

“Kard sizin biometrik barmaq izinizdən isitfadə edir. Barmaq izi unikal olduğu üçün yalnız həmin kardın sahibi tərəfindən aktivləşdirilə bilər,” Smit söyləyir.

Biometriyanı araşdıran ilk şirkət Visa deyil. Ötən il Mastercard Cənubi Afrikadanı Pick n Pay mağazalarında barmaq izlərinə əsaslanan kardları sınaqdan keçirməyə başlayıb.

“Araşdırmamızın nəticələri göstərir ki, istehlakçıların 86 faizi ödəniş sistemlərində biometriyadan istifadə olunacağına görə həyəcanlanır,” Smit deyir.

VISA
VISA

Ödəniş zamanı imza atmamaq və ya PIN kodu yığmamaq rahatdır. Bəs görəsən bu həm də təhlükəsizdirmi? Anıl Jain biometriya ilə bağlı geniş tədqiqat aparır. O saxta və real barmaq izləri yaradır.

“Biz saxta və real barmaq izlərini müəyyən etməkdə müvvəfəq olduğumuzu ördük. Məncə əksər hallarda əsas məsələ xakerlərin işini çətinləşdirməkdir ki, onların sistemə hücum etmələri çətinləşsin. Heç bir təhlükəsizlik sistemi qüsursuz deyil. Məqsəd sadəcə saxtakarların sistemdən istifadəsini mümkün qədər çətinləşdirməkdir,” Miçiqan Dövlət Universitetinin professoru Anıl Jain deyir.

Araşdırmamızın nəticələri göstərir ki, istehlakçıların 86 faizi ödəniş sistemlərində biometriyadan istifadə olunacağına görə həyəcanlanır.
Mett Smit

Jain deyir ki, böyük alış-verişlər üçün əlavə biometriyalar tətbiq oluna bilər.

“Əgər Tiffany’s mağazasında 100 min dollarlıq alış-veriş edirsinizsə, onlar təkcə sizin barmaq iziniz deyil həm də üzünüzün kard ilə uyğun gəlib-gəlmədiyini təsdiq etmək istəyə bilərlər. Amma 2 dollarlıq bir hamburger alırsınızsa, heç kəs kimliyinizi təsdiqləməyə böyük əhəmiyyət verməz,” o söyləyir.

Jain deyir ki, biometriya texnologiyası artıq daha geniş istifadə olunacaq, çünki bunun üçün tələb olunan avadanlıq və proqramların qiyməti azalır, texnologiyanı qəbul edən insanların sayı isə artır.

XS
SM
MD
LG