Accessibility links

Viskonsində 2 nəfəri güllələyən 17 yaşlı gənc həbs edilib


Rəsmilərin bildirdiyinə hörə, Viskonsin ştatının Kenoşa şəhərində ardıcıl davam edən etiraz aksiyasının üçüncü gecəsi atəş açaraq, iki nəfəri öldürən, bir nəfəri yaralayan 17 yaşlı gənc həbs edilib və ona qarşı birinci dərəcəli qəsdən adam öldürmə ittihamı irəli sürülüb.

Polis Kayl Rittenhosu Kenoşadan təxminən 24 kilometrlik məsafədə, İlinoys ştatının Antiok şəhərindəki evində həbs edib. Məhkəmə sənədlərinə görə, İlinoys ştatında saxlanılan Rittenhosa ədalətdən qaçmaq ittihamı ilə də üzləşir. Onun ekstradisiya məhkəməsi cümə gününə təyin edilib.

Viskonsin ştatının qanununa görə, Rittenos həddi-buluğa çatmış şəxs kimi mühakimə olunacaq.

Yerli xəbər agnetlikləri Kenoşada axşam saat 7-dən səhər saat 7-yə qədər komendant saatı tətbiq edilməsinə baxmayaraq, etirazçıların çərşənbə günü gecə saatlarına qədər küçədə toplaşdığını bildirib.

Viskonsin Ədliyyə Nazirliyi çərşənbə günü ilk hesabat və bazar günü atışmasında əli olan polis işçisinin adını açıqlayıb. Bu hadisə 3 günlük etirazlara səbəb olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları yeddi dəfə atəş açaraq, 29 yaşındakı Ceykob Bleyki də öldürənin Kenoşa Polis İdarəsinin yeddi illik veteranı, polis zabiti Rosten Şeski olduğunu müəyyən edib.

Məlumatda bildirilib ki, bir qadın polisə zəng edərək, sevgilisinin ixtiyarı olmadığı halda onun evinə gəldiyini bildirib.

Polis işçiləri Bleyki ələ keçirmək üçün evin həyətində həbs etmək üçün elektroşokdan istifadə etsə də, uğursuz olub. Daha sonra Bleyk avtomobilinə tərəf gedib.

Viskonsin Ədliyyə Nazirliyinin açıqlamada Bleykin sürücü tərəfdən qapıya yaxınlaşarkən Rosten Şeskinin onu xidmət silahından 7 dəfə atəşə tutduğu deyilib.

Bleyk güllə yaralarından sonra sağ qalıb və əməliyyat keçirildikdən sonra vəziyyətinin stabil olduğu bildirilib.

Şərhlərə bax

XS
SM
MD
LG