Accessibility links

Viskonsində etirazlar zamanı 2 nəfər öldürülüb


Viskonsin ştatının Kenoşa şəhərinin polisinin bildirdiyinə görə, bazar günü polis tərəfindən qaradərili şəxsin öldürülməsinə etiraz olaraq keçirilən nümayişlərin üçüncü günü iki nəfər güllə ilə vurularaq öldürülüb.

Öldürülən şəxs çərşənbə axşamı gecədən başlayaraq çərşənbə günü səhərə qədər davam edən etirazlar zamanı vurulub. Xəbər agentliklərinin bildirdiyinə görə, atışma ərazidən çıxarılaına qədər bir neçə saat polislə etirazçılar arasında toqquşmanın baş verdiyi şəhər məhkəməsinin binasından bir neçə kvartal aralı etirazçılarla küçədən keçən bir neçə nəfər arasında baş verib.

Sosial mediada yayımlanan mobil telefonla çəkilmiş videoda yerə yıxılan bir insanın izdihama atəş açdığını görmək mümkündür.

Çərşənbə axşamı qəzəb dolu etirazlar bazar günü polis tərəfindən güllə ilə vurulan 29 yaşlı qaradərili Ceykob Bleykin atasının oğlunun beldən aşağı iflic olduğunu deməsindən bir neçə saat sonra başlayıb.

Özünün adı da Ceykob Bleyk olan ata çərşənbə axşamı Chicago Sun-Times qəzetinə verdiyi müsahibəsində polislə qarşıdurma nəticəsində oğlunun bədənində "səkkiz eəşik" olduğunu deyib. Onun sözlərinə görə, həkimlər oğlunun iflic vəziyyətində qalıb-qalmayacağını bilmir.

Yaralanan şəxsin vəkili Ben Kramp onun yenidən gəzə bilməsi üçün "bir möcüzə olmalıdır" deyib. O, Bleykin onurğa beyni və onurğa sümüklərinin xəsarət aldığını bildirib. Ailənin digər bir vəkilinin sözlərinə görə, Bleykin bir neçə orqanı da zədələnib.

Polis məişət zəminində baş verən hadisəyə cavab verdiyini bildirməkdən başqa bu günə qədər bazar günü axşam atışmalara nəyin səbəb olduğu barədə əlavə heç bir məlumat verməyib.

Viskonsin qubernatoru Tony Evers Milvoki və Chicago arasındakı fəhlə şəhəri olan Kenoşada Milli Qvardiyaçıların sayını iki dəfə artırıb və ştatda fövqəladə vəziyyət elan edib.

XS
SM
MD
LG